Xəbər
10.03.2021 / 20:21
DSMF 556 min manata ofis icarəyə götürdü
8853
Dövlət Sosial Müdafiə Fondu Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi filialı üçün ofis sahəsinin icarəsi xidmətinin satınalınması müsabiqəsinə yekun vurub.
Valyuta.Az xəbər verir ki, 556 min 200 manat məbləğində olan tenderi fiziki şəxs Qaze Həsən qızı Həsənova udub.
Tenderin şərtlərinə görə, 12 ay ərzində 3 min m(2) ofis sahəsinin icarəsi üçün fiziki şəxsə 556 min 200 manat ödəniləcək. Yəni, 1 m(2) ofis sahəsinin icarə qiyməti aylıq 15 manat 45 qəpik təşkil edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay