BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8850

İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbayacana kömək təklif edir.

“Report” İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut deyib.

Onun sözlərinə görə, İsrail şirkətləri Azərbaycanın işğaldan azad etdiyi ərazilərə investisiya yatırmaqda maraqlıdır.

A.Qut deyib ki, Azərbaycan və İsrail sıx əməkdaşlığı sayəsində aqrar, tibbi, müdafiə və digər sahələrdə əlaqələri möhkəmləndirib: “İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, Avrasiyada heç bir ölkə İsrail üçün Azərbaycandan daha yaxın dost olmayıb. Bununla yanaşı, İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir”.

Azərbaycanın Türkiyədəki səfiri İbrahim Xəzər isə bildirib ki, İsrail şirkətləri Dağlıq Qarabağın bərpasında Azərbaycana kömək etmək təklifini irəli sürüblər.

İ.Xəzər deyib ki, Qarabağın bərpasında köməklik təklif edən ölkələr İran, Böyük Britaniya, İtaliya, Macarıstandır: “İşğaldan azad edilən ərazilərin bərpası texnoloji yeniliklərlə yanaşı bölgənin tarixi və orijinal irsinin qorunub saxlanılmasını təmin etməklə həyata keçiriləcək”.

Onun sözlərinə görə, Naxçıvan koridoru regional əməkdaşlıq üçün yeni imkanlar açır: “Buna baxmayaraq, Ermənistanın hücumlarından maddi ziyanın həcmi 50 milyon ABŞ dolları dəyərində qiymətləndirilir. Azad edilmiş torpaqların görüntülərindən məlum olur ki, ərazilərimiz tamamilə viran olub. Ermənistan 700 tarixi və mədəni obyekti, 700 kitabxananı, 85 sənət və musiqi institutunu, 22 muzeyi, 100 minlərlə evi, 4 sənət qalereyasını, 4 teatrı və iki konsert salonunu tamamilə dağıdıb.

İ.Xəzər vurğulayıb ki, müharibə zamanı Azərbaycan ordusunun qarşısında aciz qalan erməni hərbçiləri, hətta şəhərlərdə, müharibə bölgəsindən uzaq ərazilərdə mülki insanlara atəş etməkdən belə çəkinmədilər: “Bunun nəticəsində 100 vətəndaşımız öldürüldü, 416 nəfər yaralandı və mülki infrastruktura böyük ziyan dəydi".

Qüds Strateji və Təhlükəsizlik İnstitutunda beynəlxalq münasibətlər üzrə mütəxəssisi Miki Aharonson bildirib ki, İsrailin Azərbaycanla əlaqələrini davam etdirməsini vacib edən maraqların cəmi dəyişməyib: “Uzun illər İsrail Azərbaycanla bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində yaxşı əlaqələrini qoruyub saxlayıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin