Xəbər
10.03.2021 / 15:34
Sahil Babayev iş adamlarına ÇAĞIRIŞ
8830
Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi əlaqələr inkişaf edir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan biznes forumunda deyib.
O bildirib ki, 2020-ci ildə Azərbaycanla Macarıstan arasında ticarət əlaqələri 9 faiz artıb. Nazirin sözlərinə görə, Azərbaycan Macarıstan şirkətlərinin işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərməsinə qucaq açıb.
Nazir Macarıstandan Azərbaycana müxtəlif məhsulların idxal olunduğunu diqqətə çatdırıb. “Buna görə də birgə istehsalın da olması gündəlikdədir”, - deyə S.Babayev əlavə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri azərbaycanlı iş adamlarının Macarıstana investisiya qoyması üçün çağırış edib. //Oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay