256 karxananın işi dayandırıldı - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən 588 daş və qum-çınqıl karxanasında monitorinq aparılıb.
Valyuta.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktor müavini Şamil Abdullayev deyib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində torpaq qanunvericiliyinin tələblərini pozan 256 karxananın fəaliyyəti dayandırılıb: "155 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati tənbehvermə haqqında qərarlar qəbul edilib. Onlar 221 min 585 manat məbləğində cərimə olunublar".
Ş.Abdullayev monitorinqə cəlb olunan 55 karxanada torpaq sahəsinin özbaşına zəbt olunmasının müəyyən edildiyini deyib: "Bu səbəbdən həmin karxanalarla bağlı tərtib olunan materiallar tədbir görülməsi məqsədilə aidiyyəti dövlət orqanlarına göndərilib".
Direktor müavini onu da qeyd edib ki, fəaliyyəti dayandırılan daş karxanalarının yerləşdiyi torpaq sahələrinin rekultivasiyasına dair işçi layihələrinin hazırlanması nəzərdə tutulur.
Zeynəb Vəkil
Valyuta.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay