BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8735

“Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndində göstərilib ki, torpaq üzərində hüquqlar - müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Bu maddədə istisna halı göstərilsə də, vətəndaş 11 ay müddətinə torpağı icarəyə götürmək istədikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən problemlər yaradılır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deputat Jalə Əhmədova deyib.

Deputat bildirib ki, Salyan rayonunda 2017-ci ildə Prezident İlham Əliyevin göstərişi ilə 3 hektar ərazidə inşa edilmiş Pambıq Tədarükü Məntəqəsinə bu günə kimi çıxarış verilməyib: “Baxmayaraq ki, çıxarış üçün dövlət rüsumu belə ödənilib. Digər məsələ, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların, habelə onlar üzərində istifadə və icarə hüquqlarının bilavasitə satılması zamanı, satan şəxsin borc öhdəliyinin araşdırılmadan rəsmiləşdirilməsidir ki, bu da təbii, bələdiyyələr üçün problem yaradır. Hesab edirəm ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmamışdan öncə notariat hərəkətlərini aparan orqan tərəfindən satanın borc öhdəliyi mütləq qaydada araşdırılsın və daha sonra alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilsin. Bilirik ki, bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir. Kənd bələdiyyələrinin büdcəsini əsasən torpaq və əmlak vergisi təşkil etdiyini nəzərə alsaq 1 hektar torpaq sahəsi üçün ödənilən 4.50 AZN torpaq vergisinin cüzi bir məbləğ olduğunu görərik”

J.Əhmədova hesab edir ki, Azərbaycanda Türkiyə Bələdiyyələrinin təcrübəsindən yararlanmaq və Türkiyə modelini tətbiq etmək, həmçinin Azərbaycan telekanallarında bələdiyyələrin fəaliyyətini əhatə edən verilişlər hazırlamağın vaxtı çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin