BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
8662

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi zamanı təqdim edilmiş hesabatların təhlili aparılacaq və məlumatlar müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri ilə müzakirələr əsasında dəqiqləşdiriləcək.

Valyuta.Az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, bu zaman müvafiq dövlət orqanlarından (qurumlarından) tədbirlərin icra vəziyyəti barədə əlavə məlumatlar və təsdiqedici sənədlər istənilə bilər. Dövlət proqramının icrasının bu Qaydaya uyğun monitorinqi həmin dövlət proqramının icrasına dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatına uyğun və səmərəli xərclənməsinin dövlət maliyyə nəzarəti qaydasında yoxlanılmasını, habelə qanunvericiliyin icrasına nəzarət və icra intizamının təmin edilməsi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsini, icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının fəaliyyətinin, onların həyata keçirdikləri layihələrin səmərəliliyinin qiymətləndirilməsini istisna etmir.

Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi aparılarkən dövlət proqramının həyata keçirilməsi üzrə əsas icraçı olan dövlət orqanlarının (qurumlarının) hər birinin fəaliyyətinin qiymətləndirilməsi də aparılır və bu məqsədlə onların reytinqi hesablanır. Dövlət proqramının qiymətləndirilməsi zamanı müvafiq sahə üzrə proqramda nəzərdə tutulan tədbirin həyata keçirilməsindən əvvəlki göstəricilərlə faktiki göstəricilər müqayisə edilir və səmərəlilik hesablanır. Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icrası və onun yekunlaşması mərhələsində aşağıdakı ardıcıllıqla aparılır: - dövlət proqramının qiymətləndirilməsinə hazırlıq – monitorinq və qiymətləndirmə orqanı (qurumu) tərəfindən effektivliyin, uyğunluğun və səmərəliliyin müəyyən olunmasına imkan verən qiymətləndirmə suallarının əlaqələndirici orqanın (qurumun) rəyi nəzərə alınmaqla tərtib olunması;

- dövlət proqramının qiymətləndirilməsi planı – bu Qayda ilə müəyyən edilən forma üzrə qiymətləndirmə planının hazırlanması;

- dövlət proqramının qiymətləndirilməsi üzrə hesabat və tövsiyələrin hazırlanması – dövlət proqramının qiymətləndirilməsi üzrə qiymətləndirmə hesabatının və müvafiq tövsiyə sənədinin hazırlanması.

Dövlət proqramının qiymətləndirilməsi dövlət proqramının icra müddətinin yarısı bitdikdən və ya dövlət proqramının icrası yekunlaşdıqdan sonra aparılır. İcra müddəti 3 (üç) il və daha az olan dövlət proqramının qiymətləndirilməsi yalnız həmin proqram yekunlaşdıqdan sonra aparılır. Dövlət proqramının icra vəziyyətinin və nəticələrinin monitorinqi üzrə hesabat ildə bir dəfə, qiymətləndirilməsi üzrə hesabat isə bu Qayda ilə müəyyən olunmuş müddət bitdikdən sonra Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir. Dövlət proqramının yekun qiymətləndirilməsi üzrə hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edildikdən sonra bir ay müddətində monitorinq və qiymətləndirmə orqanının (qurumunun), habelə əlaqələndirici orqanın (qurumun) rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə açıqlanır.

Qeyd edək ki dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və nəticələri barədə aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən illik hesabatlar hazırlanmalı və təsdiqedici sənədlərlə birlikdə hər il yanvarın 20-dək əlaqələndirici orqana (quruma) təqdim edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BYD" Türkiyədə Çin məhəlləsi qurur - 1 milyard dollarlıq invstisiya

Universitetlərimiz beynəlxalq reytinqlərə düşmək üçün nə etməlidir?

Dünyada ən çox satılan 30 elektromobil markası – Siyahı

"Jeep" keçmiş brendini yenidən canlandıracaq

Bukingem sarayı 3 il müddətinə bağlanacaq

Bakının bu ərazisində işıq kəsiləcək

Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı?

Elon Mask üçüncü dünya müharibəsi barədə fikirlərini bölüşüb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin