Azərbaycanda 5 dövlət əmlakı özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 5 dövlət əmlakı özəlləşdirilib.
Bu barədə Valyuta.Az-a nazirlikdən bildirilib.
Məlumata görə, səmin səhmdar cəmiyyətləri və kiçik dövlət müəssisələri Bakı şəhərində, Sabirabad rayonunda və Nefçala şəhərində yerləşir. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür:
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilər. Sifarişçilərin hərraca onlayn qoşulmaq imkanı da var.
Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay