"Finca Azerbaijan"-a amerikalı xanım rəhbər seçildi - TƏYİNAT
“Finca Azerbaijan” BOKT MMC-nin (Finka Azərbaycan) Müşahidə Şurasının yeni üzvi seçilib.
Valyuta.Az banker.az-a istinadla xəbər verir ki, bu, Zar Wardak-dir (Zar Uardak).
O, hazırda “FINCA Impact Finance”in Şərq bölgəsi üzrə vitse-prezidenti və şöbə müdiridir və şəbəkənin Şərqi Avropa, Orta Şərq və Cənubi Asiya bölgələrindən 7 ölkədəki fəaliyyətinə rəhbərlik edir. Şöbə rəhbəri vəzifəsinə başlamazdan əvvəl Zar, Orta Şərq və Cənubi Asiya Bölgəsi üzrə Regional Direktor vəzifəsində çalışıb.
Zar Wardak, eyni zamanda “FINCA Əfqanıstan”ın baş direktoru vəzifəsində çalışmışdır. “FINCA” brendinə qoşulmazdan əvvəl Zar, Əfqanıstanda maliyyə xidmətləri sənayesi məsləhətçisi olaraq çalışmış və eyni zamanda ABŞ-da Citibankda Texas Regional Satış İnteqrasiya Direktoru vəzifəsində çalışmışdır.
Kanzasdakı Cənubi-Qərbi Kollecində Beynəlxalq Biznes üzrə bakalavr və Virciniya Fairfaksdakı George Mason Universitetində Sülh Əməliyyatları üzrə Elm Magistr dərəcəsi almışdır.
Xatırladaq ki, “FINCA Azerbaijan” 1999-cu yaradılıb. Onun nizamnamə kapitalı 7,1 milyon manatdır. BOKT-un təsisçisi 100% olmaqla “Finca International”dır. “FINCA International” Afrika, Avrasiya və Amerikadakı mikro-maliyyə üzrə kreditləşmə aparan Amerikan şirkətidir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay