Xəbər
04.03.2021 / 12:50
“M Bulak” BOKT-un direktoru dəyişdi
8486
“M Bulak” MMC bank olmayan kredit təşkilatı (BOKT) direktoru, Qırğızıstan vətəndaşı Ernest Uraimov vəzifəsindən azad edilib.
“Report” xəbər verir ki, BOKT-a rəhbərlik yenə də adı çəkilən ölkənin vətəndaşı Altun Şakirovaya həvalə olunub.
Xatırladaq ki, “M Bulak” 2005-ci ildən fəaliyyət göstərən “İnvest Kredit” MMC-nin bazasında 2011-ci ildə "Mol Bulak" adı ilə yaradılıb, 2020-ci ildə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 10,408 milyon manatdır. BOKT-nin təsisçisi Qırğızıstanın mikromaliyyə investoru olan “Gascoyne Investment Ltd.” şirkətidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay