"Regionlarda KOB-ların maliyyəyə əlçatanlığının artırılması ən vacib məsələdir"
Azərbaycan regionlarında mikro, kiçik və orta biznesin (KOB) nkişafı yolunda savadlılığın artırılması, müxtəlif baryerlərin götürülməsinə nail olmuşuq, amma maliyyə əlçatanlığının artırılması problemi hələ də müəyyən dərəcədə durur və hazırda ən vacib məsələdir.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycan Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin yekun konfransında deyib.
Onun sözlərinə görə, vergi sistemində dəyişikliklər və asanlaşdırma bürokratiyanın azalmasına gətirib çıxararaq regionlarda olan mikro, kiçik və orta sahibkarın bizneslərini idarə etmələrini əhəmiyyətli asanlaşdıra bilər.
Səfir qeyd edib ki, gələcəkdə analoji layihələrin əhatə dairəsi genişləndirilməlidir və daha çox sahibkar üçün imkanlar yaradılmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay