Azərbaycanın məşhur müğənniləri səhnəyə çıxır - Bir saatı 15 minə...
Tanınmış simalar bir illik fasilədən sonra səhnəyə qayıdır. Belə ki, bir çox müğənninin 8 Martda restoranlarda çıxışı gözlənilir. Onlar bununla bağlı öz instaqram səhifələrində məlumat paylaşır, bir neçə gün sonra tamaşaçıları ilə görüşəcəklərininin anonsunu edirlər.
Onlar Xalq artistləri Aygün Kazımova, Miri Yusif, müğənnilər Natavan Həbibi, Səidə Sultan, Rəsul Əfəndiyev, Günay İbrahimli, Zamiq Hüseynov, Niyam Salami və başqalarıdır.
Pop ulduz Aygün Kazımova Bakının tanınmış restoranlarının birində çıxış edəcək. “MTV Xəbər”in məlumatına əsasən, bir saat səhnədə olacaq ifaçı 15 min manat qonorar əldə edəcək.
Səidə Sultan isə 8 Mart tarixində 5 fərqli restoranda 30 dəqiqəlik çıxış edəcək və hər bir məkandan 2 min manat pul alacaq.
Miri Yusif də həmin gün üçün Türkiyədən Vətənə gələcək, yüksək məbləğdə qonorar qarşılığında səhnəyə çıxacaq.
DJ Roşka 35 dəqiqə davam edəcək çıxışı üçün 2 min, müğənni Nərmin Kərimbəyova 1000 AZN qonorar alacaq.
Nura Suri Beynəlxalq Qadınlar Günü səhnəyə çıxmağı planlaşdırsa da, daha sonra təxirə salıb.
Niyam Salami öz restoranında tamaşaçıları salamlayacaq.
Rəsul Əfəndiyev irəli sürülən 4 təklifdən yalnız birini qəbul edib, yarım saatlıq çıxış üçün 3 min AZN tələb edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay