Xəbər
27.02.2021 / 14:51
Sabiq MTN şefinin oğlunun şirkəti ləğv olundu
8244
2004-cu ildə yaradılan "Happy House” MMC ləğv olunduğunu elan edib.
Valyuta.Az xəbər verir ki, 40 manat nizamnamə kapitalına malik şirkətlə bağlı elanda kreditorlardan 2 ay müddətində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev Prospekti, ev 91, mənzil 67 ünvanına bildirməyi istənilir.
Qeyd edək ki, müxtəlif məhsulların satışı ilə məşğul olan şirkətin qanuni təmsilçisi Araz Nəriman oğlu İmranovdur. Araz İmranov sabiq milli təhlükəsizlik naziri Nəriman İmranovun oğludur. Şirkətin hazırda 4989 manat vergi borcu var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay