"Hansısa prezidentin 4 dildə mətbuat konfransı aparmasının şahidi olmamışam" - Xarici jurnalist
Xarici jurnalist: Hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışam
"Cənab prezident bizi bura dəvət etdiyinizə görə sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə siz artıq dünya rekorduna imza atmısız".
“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevin bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal deyib.
“Mən 25 ildir jurnalistika ilə məşğulam, ancaq hər hansı prezidentin 4 dildə bu cür mətbuat konfransını aparmasının şahidi olmamışam. Dünən sizin bəzi nazirlərinizlə də görüşlər keçirdik. Onlar da bizə məsələlərlə bağlı dolğun məlumat verdilər. Təbii ki biz də Xocalı soyqırımı qurbanlarını dərin hüznlə anırıq”, - jurnalist qeyd edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay