Vəzifəli şəxslər Suqovuşanda qəzaya düşdü: Yaralılar var
Tərtər rayonu ərazisində yol qəzası baş verib.
"Report”un əldə etdiyi məlumata görə, hadisə işğaldan azad edilmiş Suqovuşan-Talış yolunda qeydə alınıb.
Belə ki, rayonun Talış kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Anar İsmayılov idarə etdiyi "Opel” markalı avtomobillə hərəkətdə olan zaman havanın qar və buzlu olması səbəbi ilə idarəetməni itirib və yolun kənarına aşıb.
Nəticədə A.İsmayılov və onun sərnişinləri - Ağabəyyalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Orxan Ağayev, Canyataq kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Nicat Quliyev, Çaylı kənd kənd inzibati ərazi dairəsinin baş məsləhətçi, baş mühasibi Göyüş Muradov və Cahid Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Həmin şəxslər Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay