Avropadan Azərbaycana cins damazlıq qoyunlar gətirilib
Azərbaycana Avropadan “Lacaune”, “Landschaft Merino”, “İle de France” və “Suffolk” cinsli ətlik, südlük-ətlik istiqamətli qoyunları gətirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Valyuta.Az-a verilən məlumata görə, ümumi sayı 1 000 başdan artıq olan damazlıq heyvanlar “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Ağsu rayonunda yerləşən heyvandarlıq müəssisəsində yerli iqlim şəraitinə uyğunlaşma prosesi keçir.
Müəssisənin baş mütəxəssisi Elşən Cabbarovun sözlərinə görə, hazırda təsərrüfatda Avropadan gətirilən 4 fərqli qoyun cinsləri saxlanır.
“Bu cinslərin 85%-i əkiz bala verməsi 24 ayda, yəni iki ildə 6 quzu, başqa sözlə, ilə orta hesabla 3 bala deməkdir. Örüş-otlaq sahələrində yetişdirilən qoyunlarda bu cür yüksək məhsuldarlıq mövcud deyil. Yəni, nəzəri baxımdan üç baladan biri fermerin xərclərini ödəyir, digər ikisi isə qazanc sayılır”, - deyə E. Cabbarov qeyd edib.
Qeyd edək ki, fermerlər dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər. Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60% dövlət güzəşti ilə satılır. Fermer 25% ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60%-ni dövlət ödəyir, qalan 15%-i isə 3 il müddətinə kreditləşdirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay