Xəbər
17.02.2021 / 16:03
700 min manatlıq şirkət ləğv olundu
7733
"Caspian Pharmed" QSC ləğv olunduğunu elan edir.
Valyuta.Az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Az1029 Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 2023-cü məhəllə, ev 92 "A" ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Pirallahı Sənaye Parkında qeydiyyatdan keçmiş Azərbaycan-Rusiya birgə müəssisəsi olan "R-Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti və Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed” Qapalı Səhmdar Cəmiyyəti 668 min manat nizamnamə kapitalına malikdir. "Caspian Pharmed” QSC-nin dərman istehsalı zavodlarında əsasən ağrıkəsicilər, iltihab əleyhinə, antibiotik, antihistamin, kardioloji, antidepresant, antiepileptik dərmanların istehsalı planlaşdırılmışdı.
Şirkət 17.03.2017-ci il tarixində yaradılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay