Rusiyada Azərbaycan kartofu 6 manat 20 qəpiyə - FOTO
Rusiyanın Xabarovsk şəhərinin ticarət şəbəkələrindən birinin piştaxtalarında kiloqramı 270 rubla (təxminən 6 manat 20 qəpik) kartof satışa çıxarılıb.
Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu Azərbaycandan idxal edilmiş elit kartof sortudur.
Bu, Xabarovsk sakinlərinin indiyədək qarşılaşdıqları ən bahalı kartofdur. İndiyədək şəhər sakinləri ən baha kartofu 2 kiloqramlıq torbalarda qablaşdırılmış şəkildə 225 rubla alırdılar. Azərbaycandan idxal edilən məhsul isə fotodan göründüyü kimi faraş kartofdur, yəni istixana şəraitində yetişdirilib.
Xabarovsk ticarət şəbəkələrində habelə kiloqramı 600-700 rubla Azərbaycan pomidoruna da rast gəlmək olar.
Qeyd edək ki, Bakının supermarketlərində son günlər kartofun xeyli bahalaşması müşahidə olunur. Əməkdaşlarımız supermarketlərdən birində o qədər də keyfiyyətli olmayan, “Tovuz kartofu” kimi təqdim edilən kartofun kiloqramının 1 manat 70 qəpikdən satıldığının şahidi olub. Əsas qida məhsullarından olan və gündəlik istehlak səbətində yer alan kartofun bu qış mövsümündəki qiyməti və pandemiyanın məhsulun bazarlara daşınmasına təsiri, yerli məhsulun və idxal olunan kartofun bazarlarda hansı qiymət fərqi ilə satılması mövzusunda əməkdaşlarımızın reportajını yaxın buraxılışlarımızdan birində təqdim edəcəyik.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay