Xəbər
10.02.2021 / 14:35
Soydaşımızın Amerikan şirkəti Azərbaycandakı nümayəndəliyini ləğv etdi
7396
"America İdream MMC” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Valyuta.Az xəbər verir ki, elanda kreditorlara iki ay ərzində tələblərini AZ 1015 Bakı şəhəri, Nizami rayonu, Səməd Bəy Mehmandarov küçəsi, ev 84, mənzil 106 ünvanına bildirməyi istənilib.
2019-cu ilin iyun ayının 25-də yaradılan nümayəndəliyin qanunu nümayəndəsi Emil Nadirli Elman oğludur.
Qeyd edək ki, ötən ilin avqust ayında xarici şirkətin Azərbaycandakı filialı ləğv edilmişdi.
Xaricdə təhsillə məşğul olan "America IDream” şirkətinin baş ofisi Nyu Yorkun "Wall Street” küçəsində yerləşir. Şirkətin yaradıcısı Nigar Əliyevadır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay