Xəbər
08.02.2021 / 09:43
Britaniyanın dövlət naziri Azərbaycana gəldi
7270
Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton Azərbaycana səfərə gəlib.
Bununla bağlı o, "Twitter” hesabında məlumat verib.
O, fikirlərini Azərbaycan dilində "Salam Bakı, Azərbaycan!” sözləri ilə başlayıb.
V.Morton Azərbaycana ilk dəfə səfər etdiyini bildirib.
"Azərbaycan Xarici İşlər Nazirliyi ilə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrini gücləndirməklə bağlı müzakirələr aparacağam”, - deyə britaniyalı nazir qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay