Karantin tələblərinə əməl etməyən sahibkarlar cərimələnib
İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirləri davam edir.
Valyuta.Az nazirliyə istinadla bildirir ki, həyata keçirilmiş monitorinqlər zamanı Xəzər rayonunda Afət Paşayevaya məxsus "Hədiyyələr mağazası"nda, Yasamal rayonunda "Buta Farm" MMC-yə məxsus "Aptek"də, Səbail rayonunda "Zeytun Pharmaceuticals" MMC-yə məxsus "Aptek"də, Binəqədi rayonunda Mirəgsər Mehdizadəyə məxsus "Aptek"də, Hənifə Mikayılova məxsus tikinti materialları mağazasında, Nəsimi rayonunda Cavidan Heybətzadəyə məxsus "Dönər evi"ndə, "Grand-Mart" MMC-yə məxsus "Market FR5"də, Rafiq İsmayılova məxsus ərzaq mağazasında, Qaradağ rayonunda Elnur Şirinova, Rövşən Mehdiyevə məxsus pərakəndə ticarət obyektlərində, Xətai rayonunda "ANC Group" MMC-yə məxsus ticarət obyektində, Nərimanov rayonunda Tural Əlizadəyə, Musa Məmmədzadəyə məxsus mağazalarda, ümumilikdə, 13 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay