30.01.2025 / 10:25
Müdafiə Nazirliyinin sabiq rəisi həbsdən buraxıldı
64036
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıb.
Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.
Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.
Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham edilirlər.
©qafqazinfo
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay