Xəbər
21.01.2025 / 22:50
"Shazeli Group" 5000 manat cərimələnə bilər
63548
"Shazeli Group" şirkəti barəsində inzibati iş başlanıb.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Yanvarın 31-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçiriləcək.
544.2-ci maddədə 4000 manatdan 5000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.
"Shazeli Group" MMC "Pak Dad" restoranının sahibidir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay