BAKU Azərbaycan
2.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
63531

Bakıda lüks villalar bazarı gündən-günə daha maraqlı təkliflərlə zənginləşir. 

Bu dəfə şəhərin ən prestijli ərazilərindən biri hesab edilən Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev küçəsi) yerləşən fantastik villa satışa çıxarılıb. Dəbdəbəli mülkün qiyməti isə nə az, nə çox, 5 milyon manatdır.

Mülk 2,2 sot torpaq sahəsində inşa edilmiş və ümumi sahəsi 950 kv.m olan 4 mərtəbəli villadır. Villada ümumilikdə 11 otaq, o cümlədən, 8 yataq otağı, 3 geniş zal, böyük mansard mövcuddur.

Hər mərtəbədə sanitar qovşaqlar yerləşir, villada həmçinin sauna və qapalı hovuz da var. Əlavə olaraq, kombi sistemi, qaraj, generator, sauna, manqal və hətta təndir də daxil edilib.

Mülk klassik üslubda yüksək səviyyədə təmir olunub. Satıcı qeyd edir ki, təmir zamanı yalnız ən bahalı tikinti materiallarından istifadə edilib. Villanın 80%-ə qədər hissəsi rəssam əl işlərindən ibarətdir ki, bu da ona unikal estetik dəyər qazandırır.

Sözügedən ev yalnız interyer təmiri ilə deyil, həm də içərisindəki bütün bahalı mebel və avadanlıqlarla birlikdə təklif olunur. Barter təklifləri də qəbul olunur

Elan müəllifi villanın bir hissəsini nəğd pul, digər hissəsini isə barter təklifləri ilə də qəbul etməyə hazır olduğunu da vurğulayıb. 

Qeyd edək ki, Bakının daşınmaz əmlak bazarında bu kimi elanlar son zamanlar daha çox diqqət çəkməyə başlayıb. Bahalı villalar, xüsusi təmir və əşyalara malik mülklər tez-tez elan saytlarında satışa çıxarılır. 

©Yenisabah.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Mikayıloğlu" şirkəti üçün 25 min manatlıq cərimə təhlükəsi

Çexiya Rusiya neftindən imtina edir

Sosial Xidmətlər Agentliyi ofis və anbar icarəsi üçün 1 milyon manat ayırdı

"Shazeli Group" 5000 manat cərimələnə bilər

Bərpa, Tikinti və İdarəetmə Xidməti bu şirkətə 6 milyonluq sifariş verdi

İnzibati xəta protokolu - "SHAH GROUP OF COMPANIES"

Çinin insanabənzər robotları "iPhone" zavodlarında işləyəcək

Dövlət qurumu icarə müqaviləsinə görə şirkəti məhkəməyə verdi

"Tural-A" MTK-yə cərimə protokolu

Belçika "Apple" şirkəti barəsində "qan mineralları" iddialarını araşdırır

Şirkət və vergi orqanı arasında 5,6 milyonluq qalmaqal

Tramp administrasiyasının planları - "Federal işçilərin uzaqdan işləməsinə son veriləcək"

Prezident İlham Əliyev Davosda Almaniya Kansleri ilə görüşüb

Agentliyin 5 milyonluq tenderi ləğv edildi

Bu qurumda 400-ə yaxın əməkdaş işdən çıxarılıb - Açıqlama

Bazar icarədarları üçün yeni QAYDALAR

Bazar icarədarları üçün yeni QAYDALAR

Kənd təsərrüfatı məhsullarının dəyəri 13 milyarda çatıb

Metroda cərimələr niyə 13.3 dəfə artırıldı? - Açıqlama

Dövlət Xidməti: Məhkumluq arayışları vahid internet portaldan əldə olunacaq

Bu ölkələrdən gətirilən kartof, bibər və konfetdə zərərli orqanizm aşkarlandı

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarlarında dəyişiklik edilib

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

Azərbaycanlı iş adamı Rusiyada ticarət kompleksi aldı

İlham Əliyev Davosda İraq Prezidenti ilə görüşüb

Yasamala yeni DYP rəisi təyin edildi

Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinin əhatə dairəsi genişlənir

BTC kəməri ilə nəql edilən neftin 80%-dən çoxu Azərbaycanda hasil edilir

Azərbaycanda əlillər əl işlərinin internetdə satışına görə sosial vergi ödəməyəcək

Tullantı suyunun istifadəsi ilə bağlı yeni standart qəbul edildi

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bakıda 5 milyonluq ev satışa çıxdı - İmarət alıcıya nə vəd edir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin