BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63138

Məlum olduğu kimi, ötən ilin sentyabr ayında keçirilən parlament seçkilərindən sonra Milli Məclisin tərkibində dəyişiklik olub.

Valyuta.az "Yeniavaz.com" istinadən parlament seçkilərindən qısa müddət sonra yeni seçilən millət vəkillərinin köməkçilərini və onlarla əlaqə saxlamaq üçün mobil nömrələrini təqdim edib.

Qeyd edək ki, o zaman bəzi millət vəkilləri özlərinə köməkçi təyin etmədikləri üçün onların əlaqə nömrələri də məlum deyildi. Lakin həmin dövrdən ötən 3 ay ərzində köməkçisi olmayan millət vəkilləri də özlərinə yeni köməkçi təyin ediblər. 

Məlumat üçün bildirək ki, artıq Milli Məclisdə təmsil olunan 2 millət vəkilindən başqa bütün deputatların köməkçisi və onların əlaqə telefonları mövcuddur. 

Hazırda 49 saylı Abşeron ikinci seçki dairəsindən deputat seçilən Rizvan Nəbiyevlə 124 saylı Şuşa - Ağdam - Xocavənd seçki dairəsindən deputat seçilən Polad Bülbüloğlu istisna olmaqla digər deputatların köməkçiləi və əlaqə vasitələri məlumdur. 

1 saylı Şərur - Sədərək seçki dairəsindən deputat seçilən Ziyafət Əsgərovun parlamentin əvvəlki dönəmlərində köməkçisinin kim olduğu açıqlanmayıb. Hazırda isə Ziyafət Əsgərovun köməkçisi Günay Orucovadır və onunla əlaqə saxlamaq üçün 051 641 98 41 nömrəsinə zəng etmək lazımdır.  

2 saylı Şərur - Kəngərli seçki dairəsindən deputat seçilən Siyavuş Novruzovun uzun illər köməkçisi olan Cahangir Məmmədlinin yerinə İbrahim Orucov təyin olunub. Novruzovun yeni köməkçisinin əlaqə nömrəsi 060 460-60-61-dir.

4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilən Eldar İbrahimov da özünə yeni köməkçi təyin edib. 2020-2024-cü illərdə Eldar İbrahimovun köməkçiləri olmuş Fətulla Hüseynovu bu vəzifədə Cavid Mehmanlı əvəz edib. Cavid Mehmanlının telefon nömrəsi 050 255 13 06-dır. 

Özünə yeni köməkçi seçən deputatlardan biri də 16 saylı Yasamal ikinci seçki dairəsindən deputat seçilən REAL partiyasının üzvü Erkin Qədrlidir. Erkin Qədirli əvvəlki köməkçisi Nicat Məmmədli ilə yollarını ayıraraq, Fariz Zöhrabovu özünə yeni köməkçi təyin edib. Yeni köməkçi ilə əlaqə saxlamaq üçün isə 070 918 31 10 nömrəsinə zəng etmək lazımdır.

İlk dəfə 27 saylı Sabunçu ikinci seçki dairəsindən deputat seçilən AMİP sədri Arzuxan Əli-Zadə seçkidən ötən 5 ay ərzində köməkçisini dəyişib. Deputat seçildikdən sonra özünə Yəhya Həsənovu köməkçi təyin etsə də, sonradan onu Mövsüm Həsənli ilə əvəz edib. Yeni köməkçinin əlaqə vasitəsi isə 051 277 00 67-dir. 

Ötən il ilk dəfə deputat statusu qazanan 31 saylı Suraxanı ikinci seçki dairəsinin parlamentdəki təmsilçisi Qaya Məmmədov da özünə yeni köməkçi təyin edib. Deputatın Samir Əliyev adlı köməkçisinin əlaqə nömrəsi 055 377 31 02-dir. 

86 saylı Ağcabədi seçki dairəsindən Milli Məclisə seçilən Tahir Rzayev də köməkçisini dəyşən deputatlardan olub. O, köməkçi vəzifəsində Eldar Məmmədovu Samir Məmmədovla əvəzləyib. Yeni köməkçinin telefon nömrəsi isə 051 423 33 95-dir. 

55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilən Müşfiq Məmmədli isə həm seçki dairəsini, həm də köməkçisini dəyişib. Əvvəlki seçkidə 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputat seçilən Müşfiq Məmmədlinin köməkçisi Kamal Almuradlı olub. Hazırda isə Müşfiq Məmmədlinin köməkçisi Nəsimi Əliyevdir. Onunla əlaqə saxlamaq üçün 055 887 13 14 nömrəsinə zəng etmək lazımdır. 

Parlamentə ilk dəfə düşən deputatlardan biri – SOCAR-ın sabiq vitse-prezidenti Bədəl Bədəlov qısa müddətdə köməkçisini dəyişib. 96 saylı Goranboy - Naftalan seçki dairəsindən deputat seçildikdən sonra özünə Mahiyəddin Mazanovu köməkçi təyin etsə də, sonradan onu Gündüz Hacıyev ilə əvəz edib. Yeni köməkçinin əlaqə vasitəsi isə 050 364 94 26-dır. 

Parlamentin yeni seçilən deputatlarından biri – 101 saylı Samux - Şəmkir seçki dairəsini təmsil edən Mübariz Qurbanlı da özünə köməkçi təyin edib. Mübariz Qurbanlının köməkçisi Elnur Tağıyevin nömrəsi 055 212 81 91-dir. 

Parlamentin yeni deputatlarından olan 106 saylı Tovuz seçki dairəsinin təmsilçisi Nizami Səfərovun köməkçisi isə Elbəy Bədirovdur. Bu şəxslə əlaqə saxlamaq üçün 050 869 67 67 nömrəsinə zəng etmək lazımdır. 

112 saylı Zaqatala seçki dairəsindən deputat seçilən sabiq icra başçısı Asif Əsgərov da özünə yeni köməkçi təyin edib. Asif Əsgərovun köməkçisi Elbrus Məmmədovla əlaqə üçün 055 677 62 62 nömrəsinə zəng etmək lazımdır. 

Sabiq icra başçısı və 2005-2010-cu illərdə deputat olmuş Eyvaz Qurbanov da özünə köməkçi seçib. Parlamentdə 117 saylı Oğuz - Qəbələ - Şəki seçki dairəsini təmsil edən Eyvaz Qurbanovun köməkçisi Səxavət Kərimovla əlaqə saxlamaq üçün 070 510 69 68 nömrəsi ilə əlaqə saxlamaq lazımdır. 

Bu xəbərdə adı keçməyən deputatların əlaqə vasitələrini isə aşağıdakı şəkillərdə göstərilib:







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin