BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63136

Məhkəmə qərarı ilə müsadirə edilmiş “Landmark” Biznes Mərkəzinin həqiqi dəyərindən aşağı qiymətə hərraca çıxarılması barədə müxtəlif məlumatlar yayılır. Ən çox sual doğuran isə Elektron Hərrac Portalı vasitəsilə təşkil edilən bu hərracda əmlakın satış qiymətidir. 

Qiymətin necə müəyyənləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilib.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 26 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən “Libra” MMC-dən 117,579,405 manat məbləğində borc tutularaq, iddiaçı “Aqrarkredit” QSC BOKT-a ödənilməsi nəzərdə tutulub: “Bakı Kommersiya Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsinə əsasən borcun ödənilməsi üçün tələb əmlak sahibi tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 90A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilib və həmin əmlakın açıq hərracda satılması qərara alınıb. Əmlakın ilkin satış qiyməti - 120,000,000 manat Bakı Kommersiya Məhkəməsinin həmin tarixli qətnaməsi ilə müəyyən edilib. Məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayəti verilib, ancaq yuxarı məhkəmə instansiyaları tərəfindən əmlakın qiyməti və satışı ilə bağlı hissədə məhkəmə qərarı dəyişdirilmədən saxlanılıb.

Göründüyü kimi, satılan əmlakın dəyəri və onun açıq hərracda satılması bilavasitə qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında müəyyən edilib.

27 noyabr 2024-cü il tarixdə icra vərəqəsi əsasında icra qurumunda icraata başlanılıb. “Elektron Hərrac Portalı”nda əmlakın satılması məqsədilə məhkəmə qərarı ilə müəyyən edilmiş əmlakın ilkin satış qiyməti ilə sifariş verilərək qanunvericiliyin tələblərinə riayət edilməklə hərrac keçirilir.

Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın və səmərəliliyin artırılması, vətəndaşyönümlü xidmətlərə əlçatanlığın təmin edilməsi və məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi məqsədilə 2024-cü ilin dekabr ayından “Elektron Hərrac Portalı” istifadəyə verilib. Artıq icra sənədlərinin icrası ilə bağlı borclunun əmlakının satışı prosesi yeni Portal vasitəsilə onlayn qaydada həyata keçirilir”.

©Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin