BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63129

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən son nəzarət tədbirləri zamanı, xüsusilə ölkəyə xaricdən tərkibində GMO olan qida məhsullarının idxalına cəhd göstərilməsi faktlarını aşkarlayıb. Bununla bağlı olaraq bildirilir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulmayan, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan qida məhsullarının ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağandır.

Valyuta.az-ın əldə etdiyi məlumata görə, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  bildirilib ki, ötən müddət ərzində bu sahədə qanunun icrasının təmin edilməsi məqsədilə AQTA tərəfindən qanunamüvafiq tədbirlər görülərək, bu cür qida məhsullarının idxalına icazə verilmir və belə halların qarşısı qətiyyətlə alınır. Hazırda Agentlik GMO məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da gücləndirilib.

Qeyd edək ki, AQTA tərəfindən ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir. Aparılan son nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından idxal edilən bir sıra məhsul partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq edərək bir daha diqqətə çatdırır ki, Azərbaycana GMO qida məhsulları idxal edilməsi yolverilməzdir. “Belə məhsulların qanunsuz olaraq ölkəmizə idxal edilməsi cəhdlərinin qarşısı isə qətiyyətlə alınacaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcək”, - deyə AQTA-nın açıqlamasında bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin