BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.736
  • RUB
    1.668
  • TRY
    0.048
  • GBP
    2.0636
63125

Vətəndaşların bəzisi icarəyə götürdüyü məkanın obyekt kodu olmadığına görə POS-terminal əldə edə bilmədiyini deyir. Onlar bildirirlər ki, kartdan-karta ödənişlər edərək qanun pozuntusuna yol vermək istəmirlər.

Maraqlıdır, bəs görəsən, vətəndaşlar obyekt kodunu necə əldə edə bilərlər?

Mövzu ilə bağlı vəkil Vamiq Şükürov bildirib ki, sahibkar fəaliyyət göstərdiyi məkanın onun mülkiyyətində olduğuna dair çıxarışı, icarədarıdırsa, notarial qaydada müqaviləsi olmalıdır: "İlk olaraq vətəndaş seçdiyi məkanda fəaliyyət göstərməlidir. Həmin məkanın isə ona aid olduğuna dair ya çıxarışı olmalıdır, ya da icarədarı olduğunu təsdiqləyən notarial qaydada müqaviləsi olmalıdır. Obyekt kodu əldə etmək istəyən vətəndaş mülkiyyətin ona aid olduğuna dair çıxarışı və ya icarədarı olduğuna dair müqaviləni notarial qaydada təsdiq etməli, qeydiyyatda olduğu vergi orqanına təqdim etməlidir. Bundan sonra qanunvericiliyin tələbinə əsasən ona obyekt kodu verilir. Sözügedən sənədlər olmadıqda isə bu kodun verilməsindən imtina edilir".

Vəkilin sözlərinə görə, Bakı şəhərində mülkiyyət hüququ təsdiq edilməyən tikililər olduğu üçün bu proses asanlaşdırılmalıdır:

"Bir sıra şəxslərin fəaliyyət göstərdiyi obyektlərin çıxarışı, mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığına görə onun obyekt kodunu almaq üçün nə vergi orqanına çıxarış təqdim etmək olur, nə də ki, notarial qaydada icarə müqaviləsi bağlamaq olur. Ölkədə, xüsusən də Bakıda mülkiyyət hüququ təsdiq edilməyən tikililərin çox olması səbəbindən bu məsələlər nəzərə alınmalı və proses daha da asanlaşdırılmalıdır".

V.Şükürov qeyd edib ki, kartdan-karta köçürmələr birbaşa qanunla qadağan edilməsə də, vergi orqanı bank əməliyyatlarını görmədiyinə görə bu tip ödənişləri qanunsuz hal sayır:

"Hər bir sahibkar vergi orqanında uçota alınır və ona VÖEN şəhadətnaməsi verilir. Bununla da onun bank hesabı vergi orqanında qeydiyyatdan keçir və həmin bank hesabı üzrə əməliyyatlar aparır. Əgər ödənişlər hər hansı bir vətəndaşın bank hesabı ilə kartdan-karta köçürülərsə, bu zaman sahibkarın daxil olan gəlirləri vergi orqanından gizlədilmiş ola bilər. Bəzi sahibkarlar bilərəkdən POS-terminaldan istifadə etməyərək vergidən yayınırlar, bu hallar da müəyyən edildikdə onlar cərimələnirlər. Bu hal birinci dəfə müəyyən edilərsə, 1000 manat, ikinci dəfə müəyyən edilərsə, 3000 manat, üç və daha çox aşkar edilərsə, 6000 manat cərimə yazılır".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Zen Construction Group" barəsində inzibati xəta protokolu

"Qızıl bu il yeni bir rekord səviyyəyə çatacaq" - "UBS"

Daha bir ölkə məktəblərdə telefon istifadəsini qadağan etdi

"TikTok" texnologiya milyarderinə "yox" deyir

"TikTok" texnologiya milyarderinə "yox" deyir

ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb

"Goldman Sachs" Alman nəhənglərinin reytinqini aşağı saldı - "Euronews"

"BP" IV rüb üzrə mənfəətinin azalacağını proqnozlaşdırdı - Reuters

"Amazon"dan Meksikaya 5 milyard dollarlıq investisiya qərarı

"Azərenerji" 593 min manatlıq boya alır

"Agro store" MMC inzibati xəta törədib

Plastik cərrahlar efirlərə buraxılmayacaq

Qlobal inflyasiya 2028-ci ilə qədər yüksək səviyyədə davam edəcək - Hesabat

İdarəçilik qaydalarını pozan şirkət cərimələnir

"Ölkənin heç vaxt bu qədər dövlət borcu olmayıb" - Fransız nazir

Ötən il 9.8, bu il 6.1 milyon... - Gəncənin yolları yenə təmir edilir

Utilizasiyaya verilmiş nəqliyyat vasitələrinin sayı və ödənişlərin həcmi AÇIQLANIB (FOTO)

Nəhmət Rəhmanova yüksək vəzifə verildi

Sabah bu ərazidə qaz olmayacaq

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

Penitensiar Xidmətin 6 milyonluq tenderi ləğv edildi

“Xalq Sığorta”nın rəhbərliyində təyinatlar olub

Saray körpüsünün tikintisi bu tarixdə başa çatacaq – RƏSMİ

Agentliklə şirkət arasında lizinq mübahisəsi

Bələdiyyə seçkilərində seçicilərin və müşahidəçilərin sayı açıqlanıb

Ötən il Vladimir Zelenskinin aylıq maaşı 1 128 manat olub

2 nəfərdən başqa bütün deputatlar əlaqə nömrələrini açıqladılar –Tam siyahı

1,5 milyonluq müəssisə təşkilati-hüquqi formasını dəyişir

Maykl Saylor “Bitcoin”dən danışdı - "Microsoft" və "Nvidia"nı tənqid etdi

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama

23 satınalma müqaviləsi bağlayan şirkət etibarsız təchizatçı çıxdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin