Abid Mamedov “Azsığorta”nın Direktorlar Şurasından ayrılıb
Abid Mamedov Mamed oğlu ““CFI Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki: AzFinance İnvestiya Şirkəti)ardından “Azsığorta” ASC-nin də rəhbərliyindən ayrılması rəsmiləşib.
O, paralel olaraq “Azsığorta” şirkətinin Direktorlar Şurasının üzvü idi.
Bununla da, “Azsığorta” ASC-nin Direktorlar Şurasının sayı ikiyə düşüb. Hazırda sığortaçının Direktorlar Şurasına Viladi Maniyev Məzahir oğlu sədrlik edir. Digər qalan üzv isə Elnur Qurbanov Məmməd oğludur.
Dünyanın aparıcı onlayn ticarət brokeri – “CFI Financial Group” “Azfinance İnvestisiya Şirkəti” ASC-nin səhmlərini aldıqdan sonra Mamedov Müşahidə Şurasının sədri vəzifəsindən ayrılmışdı. “Azfinance İ.Ş.”nin (indiki “CFI Financial İ.Ş.”) əsas səsvermə hüququ olan səhmdarı o idi. Onun şirkətdəki payı 85 faiz idi. Mamedov 2019-cu ildən bu postda çalışırdı.
O, bu vəzifələrlə bərabər “AFB Bank” ASC Müşahidə Şurasında da yer alır.
Abid Mamedov Mamed oğlu barədə:
– Ali təhsilini Böyük Britaniyanın Bristol Universitetində iqtisadiyyat üzrə bitirib.
-2023 mart – hazırda: “AFB Bank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri
-Sentyabr 2019 – hazırda: “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvü
– Yanvar 2014- sentyabr 2019: “Azfinance İnvestisiya Şirkəti” QSC-nin direktoru;
-Yanvar 2011 – yanvar 2014: Müstəqil brokerlik və aktivlərin idarə edilməsi;
-Dekabr 2005 – noyabr 2010: “Bloomberg”də Maliyyə Satış Departamenti – Satış və Əlaqələr üzrə Meneceri (London şəhəri)
Xatırladaq ki, “Azsığorta” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20.3 milyon manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99.64%-lik, “Bank of Baku” ASC-nin isə 31.11%-lik səhmdarı) məxsusdur.
©Banker.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay