Bu gün 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayırlar
"Qarabağ müharibəsi dövründə məcburi köçkün vətəndaşlarımız bir sıra təhsil müəssisələrinin infrastrukturunda məskunlaşmışdı, bu gün də 50%-ə yaxın təhsil müəssisələrimizdə məcburi köçkün ailələri yaşayır”.
Bunu "Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu" mövzusunda müzakirədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.
O bildirib ki, Qarabağ Zəfərindən sonra həmin vətəndaşlarımız öz doğma yurdlarına qayıtdıqca yeni təhsil müəssisələri üçün müasir infrastrukturun yaradılması və daha keyfiyyətli təhsil şəraitinin təmin edilməsi prosesi davam edir: “Son illərdə Bakıda, Gəncədə, Bərdədə, Qəbələdə, İsmayıllıda, Cəlilabadda və Lənkəranda yeni peşə təhsil müəssisələri tikilib. Hal-hazırda Qubada, Qaxda, Tovuzda və digər rayonlarımızda yeni peşə təhsil müəssisələrinin layihələndirilməsi və tikinti işləri davam edir".
©Apa
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay