BAKU Azərbaycan
1.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
63067

Plastik əməliyyatlardan sonra ölüm hallarının baş verməsi son zamanlar gündəmdən düşmür. Sosial şəbəkələrdə diplomu olmayan plastik cərrahlarla bağlı edilən paylaşımlar ölüm hallarını həmin diplomsuz "həkimlər"ə bağlamağa az da olsa, əsas verir.

Bəs bu həkimlərə nəzarət necə həyata keçirilir?

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı "Trend"in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunda müəyyən olunan qaydada ali təhsilli ixtisaslı həkim mütəxəssislər "plastik cərrahiyyə" işi üzrə tibbi praktiki fəaliyyətlə məşğul olmaq hüququnu əldə edirlər:

"Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə, praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından, beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

Təəssüf ki, bəzi klinikalarda lisenziyasız fəaliyyət və sertifikatsız həkimlərin tibbi praktiki fəaliyyətinə rast gəlinir. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət, Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır".

"Bir daha əhalinin nəzərinə çatdırırıq ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən istənilən klinikada orada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar yoxlamalar zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin, ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir.

Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, qaynar xətti (012 596-07-12), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir", - deyə qurumdan əlavə edilib.

Estetik, plastik və rekonstruktiv cərrah, uzman Vüqar Ələkbərov məsələ ilə bağlı bildirib ki, ölüm halları hər bir ixtisasda olur:

"Plastik cərrahiyyə də digər ixtisaslar kimi ciddi bir sahədir. Hər bir əməliyyatın riskləri var. Bu riskləri azaltmaq üçün daha müasir və təchiz olunmuş klinikalarda, yüksək ixtisaslı, mütəxəssis həkim tərəfindən əməliyyat aparılması düzgündür. Amma yenə də riskləri sıfıra endirmək mümkün deyil. Vətəndaş gözü ilə baxanda fərqlidir, amma təəssüf ki, tibbi və elmi olaraq nəzər salanda hər bir əməliyyat risklidir".

Plastik cərrah bildirib ki, həmin həkimlərin fəaliyyətinə Səhiyyə Nazirliyi nəzarət edir.

"Həkim seçərkən ixtisasını tam şəkildə bitirmiş və dövlət tərəfindən həmin ixtisasa aid diplom verilən həkimlər seçilməlidir. Sadəcə Tibb Universitetini bitirmək hüquqi əsas vermir ki, o şəxs əməliyyat etsin. Ondan sonra da 5 illik ixtisas üzrə təhsil almağı vacibdir", - deyə həkim əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Apple" ucuz saatlarının dizaynını yeniləyəcək

Avtomobil satışlarında bir ilk: "Tesla" "Audi"ni geridə qoydu

161 il əvvəl süni intellektin təhlükəsini proqnozlaşdıran çoban: "Biz onlara hər gün daha çox güc veririk"

"JPMorgan"dan Trampın gömrük rüsumlarına dəstək

"Apple Intelligence" iPhone satışlarını artırmadı - Səbəb nədir?

Bu il daha çox şagird tələbə olacaq – Qəbul balları qalxacaq?

"Goldman Sachs"dan məzənnə proqnozu - "Bloomberg"

Çinin ən böyük dövlət şirkətlərinin mənfəət azalması

Rektorun bankı dövlət qurumunu və yerli şirkəti məhkəməyə verdi

Trampın "Qrenlandiya təhdidi": dörd mümkün ssenari - "BBC"nin araşdırması

"Holcim" inzibati məsuliyyətə cəlb edildi

Trampın təhdidləri işə yaramadı: Çinin ixracatı rekord həddə çatdı

"FGF Group" MMC-ə cərimə protokolu yazılıb

Aİ-nin ən böyük pensiya fondu İlon Maska görə "Tesla"dakı payını satdı

Dünyanın ən isti ili - 2024

Milli Məclis avtomobil təmiri ilə bağlı 1,6 milyonluq tender elan etdi

"Nokia" smartfon bazarından tamamilə çəkildi

"Nokia" smartfon bazarından tamamilə çəkildi

"Qazprom"da kütləvi ixtisar: Mərkəzi ofisindən 2500 nəfər işdən çıxarılacaq

"Termo Mexanik" şirkəti inzibati məsuliyyətə cəlb edilib

İrandan gələn tonlarla məhsulda GMO aşkarlandı

Əbu-Dabidə Azərbaycan və BƏƏ prezidentlərinin görüşü olub (FOTO)

"Apple"a qarşı növbəti məhkəmə Britaniyada qurulur - "The Guardian"

​Suriyada qadağalar ləğv edildi: Mağazalarda "Pepsi", "Snickers" satılır

Azərbaycanda 2 milyon manata gəmi satılır

Kim plastik cərrah işləyə bilər? - AÇIQLAMA

Türkiyədə yeni doğulan körpələrə verilən dövlət yardımının məbləği artırıldı

300-dək təmirli mənzil satışa çıxarılır - Aylığı 448 manatdan

300-dək təmirli mənzil satışa çıxarılır - Aylığı 448 manatdan

Azərbaycanda iki universitetə 27 milyon manat ayrılıb

"NLT TELEKOM" 10 min manatədək cərimələnir

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin