"FGF Group" MMC-ə cərimə protokolu yazılıb
"FGF Group" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimə protokolu yazılıb.
Valyuta.az-ın məlumatına görə, şirkət barəsində barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə 21 yanvar tarixində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq.
Həmin məcəllənin 275.2-ci maddəsinə görə, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay