Xəbər
13.01.2025 / 16:42
"NLT TELEKOM" 10 min manatədək cərimələnir
63056
Mobil telefon bazarında aparıcı şirkətlərdən olan "NLT Telekom" MMC inzibati məsuliyyətə cəlb edilib.
Valyuta.az xəbər verir ki, şirkətə qarşı İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. İşə Səbail Rayon Məhkəməsində baxılacaq.
Yanvarın 24-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. İclas hakim Günel Səmədovanın sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, 428.7.1-ci maddəyə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər isə beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay