Bakı hava limanı vətəndaşlara xəbərdarlıq edib
Heydər Əliyev Beynəlxalq Aeroportunun adından saxta kampaniyalar həyata keçirilir.
Valyuta.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Facebook” sosial şəbəkəsində saxta səhifələr vasitəsilə hava limanında itirilmiş və ya unudulmuş baqajların 3,67 manata satıldığı barədə məlumatlar paylaşılır. Daha sonra sifarişin əldə olunması üçün səhifədə yerləşdirilən saxta keçid vasitəsilə vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay