Xəbər
13.01.2025 / 13:10
ÜST-dən yeni pandemiya təhlükəsi ilə bağlı açıqlama
63032
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada metapnevmovirus infeksiyası pandemiyası təhlükəsi görmür.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus ilə telefon danışığından sonra bildirib.
ÜST rəhbəri qeyd edib ki, hazırda fövqəladə sağlamlıq vəziyyətindən söhbət gedə bilməz "Mətbuatda çox danışılan virus artıq bir neçə dəfə oxşar formada ortaya çıxıb".
Metapnevmovirus respirator infeksiyaların törədicilərindən biridir. Hava damcıları ilə ötürülür və onun simptomları arasında burun axması, öskürək və qızdırma var.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay