"Apple" rəhbərlərinin 2024-cü il gəlirləri
"Apple" şirkətinin baş direktoru Tim Kukun 2024-cü il üzrə ümumi gəliri, şirkətin süni intellekt və "Siri" məxfilik siyasətləri ilə bağlı müzakirələrə baxmayaraq, ötən ilə nisbətən artaraq 74,6 milyon dollara yüksəlib.
Valyuta.Az xəbər verir ki, bu artım əsasən 58,1 milyon dollara çatan səhmlərin mükafatlandırılması və 12 milyon dollar həcmində səhmdən kənar təşviq planı üzrə ödənişlərdəki artımla əlaqədardır.
Qeyd edək ki, Kukun əsas maaşı ardıcıl üçüncü il 3 milyon dollar səviyyəsində qalıb. "Apple"ın ödəniş komitəsi digər oxşar şirkətlərin CEO-larının maaşlarına dair məlumatları nəzərə alaraq, Kukun səhmlər üzrə mükafatının hədəf dəyərini 40 milyon dollardan 50 milyon dollara yüksəltmə qərarı verib.
Bu arada, sabiq maliyyə işləri üzrə direktor Luka Maestri baş məsləhətçi Keyt Adams və pərakəndə satış və insan resursları üzrə məsul şəxsi Dirdr O'Brayen hər biri 27.179.257 dollar məbləğində ümumi gəlir əldə edib. Əməliyyatlar üzrə rəhbər Cef Uilyams isə 27.177.812 dollarla bir qədər daha aşağı ödəniş paketi alıb.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay