BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.8519
  • RUB
    1.9517
  • TRY
    0.0465
  • GBP
    2.2035
62606

Azərbaycanda bir sıra fermerlər məhsullarını satmaqda çətinlik çəkirlər. Çünki fermerlərin, sahibkarların ixrac prosesi ilə bağlı məlumatları azdır. Onların məhsullarını ixracatçılar alır və ixrac edirlər. Bəs sahibkarın ixraca başlaması üçün nə kimi sənədlər lazımdır? Rusiya və Avropa bazarında ixracda nə kimi fərqlər var? Bu ölkələrə ixracda hansı sənədlər tələb edilir? Ümumiyyətlə, bu ölkələrə ixrac hansı qanunlarla tənzimlənir?

Valyuta.az bu kimi suallarla bağlı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) sorğu ünvanlayıb.

Sorğuda qeyd edilib ki, ixraca başlamaq üçün ilk növbədə, şirkətə aid sənədlər, o cümlədən, Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN), bank rekvizitləri və ASAN imza təmin edilməlidir: “İxrac olunacaq məhsula və təyinat ölkəsinin tələblərindən asılı olaraq tərəflər arasında imzalanmış beynəlxalq alqı-satqı müqaviləsi, faktura (“invoice”), qablaşdırma siyahısı (“packing list”) və daşınma növünə uyğun sənədlər (hava, dəniz, dəmir və ya avtomobil yolu ilə daşınmaya aid sənədlər) hazırlanmalıdır. Dövlət orqanlarından alınan sənədlər arasında fitosanitar və ya baytarlıq sertifikatı, uyğunluq sertifikatı, mənşə sertifikatı, keyfiyyət sertifikatı və gömrük bəyannaməsi də bu prosesdə tələb olunan sənədlər arasında mühüm yer tutur.

Həm qiymət, həm də logistika baxımından sərfəli bazar...

Vurğulanır ki, Rusiya və Avropa bazarlarında ixrac zamanı əsas fərqlər ixrac qiymətləri, tarif dərəcələri, tənzimləmə, keyfiyyət standartları, gömrük prosedurları və logistika sahəsində özünü göstərir. Avropa İttifaqının (Aİ) qanunvericiliyi və qaydaları mürəkkəb ola bilər. Üzv dövlətlərin fərqli hüquq sistemləri və tənzimləmə təcrübələri olduğundan, direktivlərin necə həyata keçirildiyinə dair fərqlər var ki, bu da Avropa İttifaqında bizneslə məşğul olan yerli şirkətlərimiz üçün uyğunluğu çətinləşdirir. Mövcud ixracatçılar Rusiya bazarını həm qiymət, həm də xüsusilə logistika baxımından daha sərfəli bazar hesab edirlər. Rusiya bazarında qida təhlükəsizliyi, texniki reqlamentlər və sertifikatlaşdırma prosedurları daha azdır. Ümumilikdə, ixrac fəaliyyətini tənzimləyən mövcud qanunvericilik aktlarına Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları; Nazirlər Kabinetinin 17.06.2016-cı il tarixli 231 nömrəli “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nın təsdiq edilməsi barədə Qərarı; Nazirlər Kabinetinin 25.08.2020-ci il tarixli 307 nömrəli “Fitosanitar tədbirlərinə və dövlət fitosanitar xidmətlərinə görə xidmət haqqının məbləğlərinin təsdiq edilməsi haqqında Qərar; Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26.04.2016-cı il tarixli 168 nömrəli Qərarı; 4 dekabr 2001-ci il tarixli № 223-IIQ Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 18.67.3.2-ci yarımbəndi; “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı; "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin təsdiq edilməsi barədə 27 iyul 2010-cu il tarixli 1046 Azərbaycan Respublikası Prezidentinin Sərəncamı; 20 noyabr 2009-cu il tarixli Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında Saziş və digərlərini göstərmək olar.

Azad ticarət müqaviləsi, idxal-ixrac qaydaları

Sahibkar ixraca başlamamışdan əvvəl nəzərə almamlı olduğu məqamlarla bağlı AZPROMO-nun açıqlamasında qeyd edilib ki, sahibkar ixraca başlamazdan əvvəl bir sıra vacib amilləri nəzərə almalıdır. İlk növbədə, satılacaq məhsulları, satış üçün bazarları, satış strategiyası, məhsullarını necə dəstəkləyəcəyini, əqli mülkiyyət məsələlərini, məhsullarının qiymətini özündə əks etdirən ixrac strategiyasının hazırlanmasıdır. Digər vacib amil isə, malların Azərbaycandan ixracı üçün hər hansı məhdudiyyətlərin (İxrac lisenziyası tələbləri, Embarqoya məruz qalan ölkələr, Məhdudiyyətli tərəflər) olub-olmadığına əmin olmaq, məhsulların hər hansı bir azad ticarət müqaviləsi (FTA) üçün uyğun olub-olmadığını öyrənmək üçün araşdırma aparmaqdır. Bununla da, ixracatçı tərəfdaşlıq etdiyi ölkənin ixrac və idxal qaydalarını nəzərdən keçirməli və başa düşməlidir. Məhsulların nəqliyyata hazırlanması zamanı ekspeditor və logistik tərəfdaşların seçilməsi, beynəlxalq ticarət qaydalarının (“Incoterms”) düzgün tətbiq edilməsi və məhsulun etiketlənməsi ilə qablaşdırılmasına diqqət yetirilməlidir - deyə sorğuda qeyd edilib.

Sənədləri vaxtında və düzgün hazırlamaq...

Bildirilir ki, malların vaxtında ixrac edilməsi üçün ixrac sənədlərinin hazırlanması prosesi də əsas addımlardan biridir. İxrac sənədlərinin vaxtında hazırlanması, beynəlxalq ticarətdə uğur və müvəffəqiyyət üçün çox vacibdir. Bu sənədlər, malların düzgün şəkildə idxalçıya göndərilməsi və gömrük prosedurlarının düzgün keçirilməsi üçün tələb olunur. Vaxtında və düzgün sənəd hazırlığı, həmçinin beynəlxalq ödəmələr və müştəri məmnuniyyətini təmin edir. Bu amillərin və qanunvericilik tələblərinin yerinə yetirilməsi ixracatçıların beynəlxalq bazarda uğurlu fəaliyyət göstərməsi üçün vacibdir. Doğru planlama və uyğunluq prosedurlarına əməl edilməsi ilə gecikmələrin və əlavə xərclərin qarşısını almaq mümkündür.

Nara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Alış-veriş zamanı büdcəmizə necə qənaət edək?

ABŞ fond bazarı üç həftə ərzində 5 trilyon dollar dəyər itirib

Dünyanı 95 dəqiqəyə dolaşmaq: Gələcəyin kosmik təyyarəsi təqdim edildi

BMW-nin mənfəəti kəskin azaldı: "Bu oyunda qalib yoxdur"

30 manatlıq şirkətinin 50 minlik borcu var

"Control Union Azerbaijan" nizamnamə kapitalını 175 min dollara endirdi

Bayden Tramp üçün 300 milyard dollarlıq borc saxlayıb

Sumqayıt bulvarında cari təmir üçün 250 minlik tender

“Emininşaat”ın rəhbərinə “stop” qoyuldu

15 avtomobil hərraca çıxarılacaq -4900 manatdan

"Xəzər Konsaltinq Agentliyi"nin borcu 100 minə yaxınlaşır

“A Glass Travel” şirkətinin rəhbərinə “stop” qoyuldu

Deputatlarımız 14 məsələnin müzakirəsi üçün bir araya gələcək

Novruz gəlir - Bayram günlərində nə və necə yeyək?

İlham Əliyev “Euronews" televiziyasına müsahibə verdi - TAM MƏTN

Naxçıvan MR DSMF ABB ilə 400 min manatlıq müqavilə bağlayacaq

Dövlət Turizm Agentliyində yoxlama aparılır

74 yaşlı sahibkarın ölkədən çıxışına "stop" qoyuldu

Ekologiya nazirliyinin bu qurumu qonaqların qəbuluna 151 min manat xərcləyəcək

Gömrük Komitəsi itlər üçün oyuncaq top alır - 223 minlik tender

Bakıda dolları xüsusi üsullarla saxtalaşdıran dəstə ifşa olundu - Video

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Bu malları alarkən dəyişdirə bilməzsiniz - SİYAHI

Komitə sədri “Sovetski”nin tamamilə sökülməsi məsələsinə münasibət bildirib

Korrupsiya İdarəsi bu qurumda yoxlamalara başladı

İstifadəçilərə qarşı ən çox casusluq edən süni intellekt sistemləri açıqlandı

Sertifikatlaşdırmadan sonra müəllimlər nə qədər maaş alırlar?

Kriptovalyutalar Azərbaycanın bank sektorunu zəiflədə bilərmi?

Qəbul imtahanında ən yüksək balı bu xanım topladı

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

“PAŞA Bank”ın Gürcüstan törəməsinin rəhbərliyi nə qədər qazanır? - Rəqəmlər

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin