Xəbər
03.01.2025 / 11:42
Türkiyədə ötən il üçün inflyasiya rəqəmləri açıqlanıb
62533
Türkiyə Statistika Təşkilatı (TÜİK) dekabr ayı İstehlak Qiymətləri İndeksi (TÜFE) rəqəmlərini açıqlayıb.
Valyuta.az xəbər verir ki, istehlak qiymətləri indeksi (infilyasiya göstəriciləri) dekabrda 1,03%, ötən il ərzində isə 44,38% artıb.
Əvvəlki ilin eyni ayına görə ən az artım göstərən qrup 25,88% ilə daşıma sahəsi olub. Digər tərəfdən bir əvvəlki ilin eyni ayına görə ən çox artım qeydə alınan sahə 91,64% ilə təhsil olub.
Əsas xərc qrupları üzrə 2024-cü ilin dekabr ayında bir əvvəlki ayla müqayisədə ən çox azalan əsas qrup 0,67% ilə geyim və ayaqqabı olub. Digər tərəfdən, 2024-cü ilin dekabr ayında bir əvvəlki aya görə ən yüksək artım göstərən əsas qrup 2,78% ilə ev əşyaları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay