Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb
Misir ötən ilin yanvar-noyabr aylarında 5 milyard dollardan çox maşınqayırma sənayesi məhsulları ixrac edib. Bu, ölkənin eyni sənaye məhsulları ixracı tarixində rekord rəqəmdir.
Ötən ilin 11 ayı ərzində bu sənaye məhsullarının ixracı 5,1 milyard ABŞ dollarına bərabər olub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artım deməkdir. 2023-cü ildə bu növ sənaye ixracının həcmi 4,2 milyard dollar təşkil edib. Məlumata görə, təkcə ötən ilin noyabrında ixrac 451 milyon təşkil edib ki, bu da 2023-cü ilin eyni ayının göstəriciləri ilə (401 milyon dollar) müqayisədə 12,5 faiz artım deməkdir.
Məlumatda bildirilir ki, ötən ilin 11 ayı ərzində bu məhsulların ixracatında artım qeydə alınıb: kabel məhsulları (32.7), elektrik cihazları (6.1%), avtomobil hissələri (15.5%), məişət texnikası (4.6%), elektrik və elektronika sənayesi məhsulları (6.4%), nəqliyyat vasitələri (92.4%). Bu məhsulların ixracatında əsas yeri Böyük Britaniya, Türkiyə, Fransa, Almaniya, Gürcüstan, İtaliya, Çexiya, İspaniya, İrlandiya, Sloveniya, Səudiyyə Ərəbistanı, İraq, Livan, Oman, Azərbaycan, Qətər, Liviya, Əlcəzair, Mərakeş, Tunis, Keniya, Nigeriya, Qana tutub.
©Azərtac
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay