Tramp təcavüz iddiası ilə açılan məhkəməni uduzdu - 5 milyon dollar təzminat ödəyəcək
ABŞ-ın 2-ci dairə apellyasiya məhkəməsi, Donald Trampın jüri qərarına etirazına dair qərarını açıqlayıb.
Valyuta.Az "Bloomber"ə istinadən xəbər verir ki, Apellyasiya məhkəməsinin yazılı qərarında, “Trampın etiraz etdiyi bölgə məhkəməsinin qərarında hər hansı bir səhv olmadığı qənaətinə gəldik” ifadəsi yer alıb və işin yenidən araşdırılmasına ehtiyac olmadığı vurğulanıb.
Donald Tramp, cinsi təcavüz iddiası ilə məhkəmə jürisinin E. Cin Kerrola (E. Jean Carroll) 5 milyon dollar təzminat ödənməsi qərarını verdikdən sonra sentyabr ayında məhkəmə prosesində hakimin “bir çox səhv etdiyini” iddia edərək apellyasiya şikayəti vermiş və işin yenidən baxılmasını tələb etmişdi.
Kerrol isə Trampın cinsi təcavüzü inkar etməklə ona böhtan və təhqir etdiyini iddia edərək başqa bir iş açmış, bu işdə məhkəmə Trampın 83,3 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.
“Təcavüz və təhqir” işi
81 yaşlı jurnalist E. Cin Kerrol, Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı "Bergdorf Goodman" mağazasının soyunma otağında ona təcavüz etdiyini iddia etmişdi. Donald Tramp isə bu iddiaları rədd etmişdi.
Kerrolun açdığı “təqavüz və təhqir” işi üzrə 2023-cü ilin may ayında keçirilən iki həftəlik dinləmələrdən sonra jüri Trampı təqsirli bilmişdi. Məhkəmə, Trampı Kerrola cinsi təcavüz və fiziki zorakılığa görə 2 milyon dollar, böhtana görə isə 3 milyon dollar olmaqla ümumilikdə 5 milyon dollar təzminat ödəməyə məcbur etmişdi.
Kerrol, qazandığı 5 milyon dollar təzminatdan sonra Trampa qarşı əlavə 10 milyon dollarlıq ikinci bir “zərər təzminatı” iddiası qaldırmış və 2023-cü il sentyabrın 6-da hakim Trampı bu işdə də təqsirli bilmişdi.
Nyu-Yorkda 16 yanvarda başlayan “zərər təzminatı” işində 9 nəfərlik jüri, yanvarın 26-da Trampın əlavə olaraq 83,3 milyon dollar təzminat ödəməsinə qərar vermişdi.
Rəhim
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay