BAKU Azərbaycan
12.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62460

Elvin Əlirza

İqtisadçı-ekspert, iqtisad üzrə fəlsəfə doktoru

Qiymət bazar şərtlərinə görə formalaşır və bazarın dinamikasına görə dəyişir. Başqa sözlə, bir malın qiyməti illərlə, eləcə də il boyu eyni qalmır. Bazar sürətlə dəyişir və eyni qazancı saxlamaq və bazarda mövqeyini qorumaq üçün sahibkar daim qiymətlə “oynayır”. Əslində, şirkətin adi vaxtı tətbiq etdiyi qiymət ona sərf etmir. Mövsümi endirimlərə də məcbur qalır: ya əlindəki malları satıb qurtarmaq, ya rəqabətə tab gətirmək, ya da yeni müştərilər cəlb etmək. Çox az vaxtda isə yüksək qiymət tətbiq etmək şansı olur. Nəticədə, ilin yekununda hesablanan orta qiymət, şirkətin istədiyi qiymətdir. Şirkət, ən aşağı qiymət üçün qurulmayıb, ancaq məcbur qalanda, satışları artırmaq, xərcləri ödəmək üçün bunu edir. Normal qiymətə də məcburdur, çünki rəqiblər bənzər qiymətlər tətbiq edir. Lakin fürsət olduqda, rəqiblərin malı qalmasa, ya onlar da qiyməti qaldırsa, ya da həmin mala birdən birə tələbat artsa, bax, bu qiymət şirkətin əsl arzu etdiyi qiymət olar. Həmin həftəni görmüş sahibkar, növbəti həftə normal qiymətə satmağa razı olur və həmin sektorda qalmağa marağı olur. Əgər il boyu eyni qiymət olarsa, sahibkarın iqtisadi marağı azalar.

Bu baxımdan, bayram ərəfəsindəki qiymət, cəmiyyət tərəfindən hər nə qədər qəddar, mənfəətçi düşüncəsi yaratsa da, sahibkarların əksəriyyətinin belə addım atması iqtisadi baxımdan başa düşüləndir. Bu məhsulun alış qiymətindəki artıma görə yox, sahibkarın fürsəti dəyərləndirmə, əlavə qazanc əldə etmə istəyinə görədir. Çünki, bazar iqtisadiyyatı iqtisadi fürsətlər üzərində qurulan sistemdir. İl boyu risklərin artmasına görə sahibkarın qazancının azalması, eləcə də ortaya çıxan əlavə xərclərin ödənilməsi baxımından, bu addım başa düşüləndir. Digər tərəfdən, bayramlar, tədbirlər kimi (nüm: mart, dekabr aylarında) xüsusi günlərdə həmin mallara tələb ən yüksək həddə çatır. Bu da nəzəri iqtisadi qanunla, qiymətin artması ilə nəticələnir. Yekunda sahibkar qazanır, amma bu qazancın bir hissəsi il boyu xərcləri kompensasiya etmək üçündür. Eləcə də, alıcı əlavə ödənişə görə pul itirir, bu da onları daha ehtiyatlı (əvvəldən alıb saxlamaq, daha az almaq kimi) olmağa aparır. Sahibkarların əlavə qazanc məqsədi başadüşülən olsa da, cəmiyyətin hiss etdiyi ədalətsizlik və sosial narazılıq da haqlı etirazdır.

Qiyməti yüksəldən faktorlardan biri də ona tələbin artmasıdır. Malı almaq üçün növbə yaranıbsa, sahibkarın qiyməti artırmaq istəyi, tələbi bir az azaltsa da, yekunda daha çox qazanc gətirəcəkdir. Əgər bu proses davam edərsə və digər əlaqəli sektorlara da keçərsə, bu inflyasiyaya apara bilər və nəticədə hamı uduzar. Lakin, belə qiymət artımları müvəqqəti olduğundan, inflyasiyaya da səbəb olmadığından, sahibkar birbaşa qazanclı çıxır. Bir çox ölkədə dövlət buna süni qiymət artımı kimi baxır və cərimələr tətbiq edir. Bəli, bu sünidir, heç bir iqtisadi (maliyyə) əsası yoxdur. Lakin sahibkarlıq ruhu ilə qiymət dalğalanmasının təbii əlaqəsi vardır. Sahibkar iqtisadiyyatın əsası olsa da, cəmiyyətin bir hissəsidir. Bayramlarda əldə olunacaq qısa müddətli qazancın, insanların sevinc və rifahını azalmaq bahasına edilməsi, sahibkarlığın cəmiyyətdən ayrı düş(ün)məsini göstərir. Bu da uzun dönəmdə alıcıların da rasional davranmasıyla biznesin itkilərinin artmasına səbəb olacaqdır. Xalq ifadəsiylə desək, əl əli yuyar, əl də üzü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çinin yeni sanksiya paketi: ABŞ-nin 28 şirkəti hədəf alındı

Saxta pula görə saxlanıldı, polisə müqavimət göstərdi - Foto

Dünyanın ən varlı 10 adamının siyahısı açıqlandı - SİYAHI

Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində olub - Yenilənib

Macarıstan Aİ-dən 1,04 milyard avroluq subsidiya almaq hüququnu itirdi

Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək

Sabah Bakıda külək əsəcək, rayonlarda duman olacaq

Rusiyalı milyarderlər 18,5 milyard dollar varlanıb - Vahid Ələkbərov neçəncidir?

İşığın ölkədaxili yeni qiymətləri

Qaz və işıq tarifləri dəyişdi - Yeni qiymətlər

İngiltərədə ev qiymətləri rekord həddə yaxınlaşıb

İstilik təchizatı xidmətinin tarifi 30 qəpik oldu

Bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirildi

Bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirildi

Rusiyada 2025-ci ildə ən gəlirli investisiya növləri seçilib

Tarif Şurası bu dərmanların qiymətlərində dəyişiklik etdi

Bu kanalın yenidən qurulmasına 12,4 milyon manat ayrıldı

“Formula 1”in Azərbaycanda keçiriləcəyi vaxt açıqlandı

İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

İş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı necə ödənilir?

Neftçaladan Avropaya balıq məhsulları ixrac olunacaq

Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb

Gürcüstanda dollar kreditlərinin verilməsi qaydaları sərtləşdirilir

"Nasdaq 100"də 2024-cü ilin ən yaxşı 5 səhmi - SƏHƏR OXUSU

"Samsung" məşhur robot istehsalçısının ən böyük səhmdarına çevrilib

"Apple" martda ucuz "iPhone 16E" təqdim edəcək

"Alibaba"dan növbəti milyard dollarlıq satış - "Reuters"

2024-cü ildə ABŞ-nin fond bazarları - "CNN"nin araşdırması

Bəzi şəxslərin ödədiyi vergi bu gündən dörd dəfə azaldıldı

"BeyondTrust" üzərindən Xəzinə Nazirliyinə haker hücumu

Bu məhsulların alqı-satqısı üzrə ödənişləri nağd qəbul edənlər cərimələnəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin