Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirləri Britaniya mediasında
Britaniya mediası Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı AzTV-yə müsahibəsini geniş işıqlandırıb.
Valyuta.Az "AZƏRTAC" a istinadla xəbər verir ki, Britaniyanın “BBC”, “Sky News”, “The Independent”, “Guardian” kimi nüfuzlu media orqanlarında Prezident İlham Əliyevin fikirləri geniş əks olunub.
Materiallarda Prezident İlham Əliyevin təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı dediyi fikirlər yer alıb. Dövlətimizin başçısının Azərbaycanın mülki təyyarəsinin Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almasını və təyyarəmizin radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salındığını qeyd etdiyi bildirilib.
Müsahibə zamanı Azərbaycan Prezidentinin təyyarənin Rusiya tərəfindən qəsdən vurulduğunu güman etmədiyi bildirilib. Qeyd olunub ki, dövlət başçısı ilk üç gün ərzində Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitmədiklərini deyib.
Xəbərlərdə Prezident İlham Əliyevin Rusiyanın bəzi qurumlarının hadisəni ört-basdır etməyə çalışdığını vurğulaması diqqət çəkib. Prezident, hadisənin ilk günlərində Rusiyanın qaz balonunun partlaması və ya quş sürüsünə çırpılma kimi “cəfəng və uydurma versiyalar” irəli sürməsini tənqid edib. Dövlət başçısının “Füzelyajın dəlik-deşik olması quş versiyasını tamamilə gündəlikdən çıxarır”,- sözləri geniş şəkildə sitat gətirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay