TASS: Azərbaycan Rusiya vətəndaşları üçün qaydaları sərtləşdirib
Azərbaycanda Rusiya vətəndaşlarının ölkədə qalma qaydaları sərtləşdirilib.
Valyuta.Az xəbər verir ki, bu barədə "Rusiya İnformasiya Teleqraf Agentliyi" Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara istinadən xəbər verir.
Qərarda bildirilir ki, "Rusiya Federasiyasının vətəndaşları, eləcə də Rusiya Federasiyasında daimi yaşayan, lakin Rusiya vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində vizasız şəkildə bir təqvim ili ərzində 90 gündən artıq qala bilməzlər.
Məlumata görə, bundan əvvəl Rusiya vətəndaşları Azərbaycanda vizasız şəkildə 180 gün qalmaq hüququna malik idilər.
Azərbaycan hökumətinin yaxın günlərdə Rusiya vətəndaşları üçün qalma qaydalarını dəyişdirəcəyi barədə bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat vermişdi. Lakin dəyişikliklərin konkret detalları açıqlanmamışdı.
Bununla bağlı, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova (Maria Zakharova) bildirib ki, rusiyalıların Azərbaycanda qalma müddətinin məhdudlaşdırılması Bakının suveren hüququdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay