BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.7724
  • RUB
    1.6318
  • TRY
    0.0485
  • GBP
    2.1382
62385

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

“Xəbər agentlikləri, sosial şəbəkələrdə yayılan videolar bizə tam şəkildə deməyə əsas verir ki, bizim təyyarəmiz xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb. Yaradılmış dövlət komissiyasının tapşırığı ondan ibarətdir ki, bunun obyektiv, ətraflı şəkildə öyrənilməsi və ictimaiyyətin davamlı olaraq məlumatlandırılmasıdır. Azərbaycan dövləti üçün təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir”, - nazir vurğulayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev: İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapıb

Sabahdan hansı artımlar qüvvəyə minəcək?

Londonda evdən 10 milyon funt sterlinq dəyərində zinət əşyası oğurlanıb

Yeni ildə bahalaşmadı, amma Novruzda gözlənilir - "Tələbatı ödəmir, xaricə göndərilir”

Təyyarə qəzasından sonra insanların səyahət planı dəyişib?

İlham Əliyev onları təltif etdi - Siyahı

Üç populyar "iPhone" modeli satışdan erkən çıxarıldı

Azərbaycan Fransaya investisiya qoyuluşunu 10 %-dən çox azaldıb

"Google" rəhbərindən 2025-ci il çağırışı

Bir ayda 7 zəlzələ: Azərbaycanı ciddi təhlükə gözləyir?

Tramp təcavüz iddiası ilə açılan məhkəməni uduzdu - 5 milyon dollar təzminat ödəyəcək

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Alacağımız məhsuldan verəcəyimiz səsə qədər... Süni zəkanın insanlıq üzərindəki təsiri -SƏHƏR OXUSU

İqtisadiyyatımıza yeni nəfəs gələcək

Təyyarədə "ən təhlükəsiz yer" varmı?

Bayram qiymətləri - İqtisadi əsası yoxdur, amma təbiidir

“Qara qutu”lar niyə Braziliyaya göndərilir?

Yeni il gecəsi metro bu saatadək işləyəcək

Təyyarəmizə eniş izni verməyən Əli İdrisov dindirildi

Su təchizatı şəbəkəsinə qoşulma prosesi necədir?

"Apple Watch" kəmərlərində xərçəng riskini artıran maddələr aşkarlandı

Kütləvi turist axını olmayan Avropa adası açıqlandı - Turistlər üçün

Dünyanın ən bahalı futbolçuları məlum olub - Siyahı

AZAL Bakı-Aktau reysi ilə bağlı açıqlama yaydı

31 dekabrın hava proqnozu

Baş Prokurorluqdan təyyarənin qəzaya uğraması ilə bağlı yeni açıqlama

"BakuBus" Naxçıvana sərnişin daşıyacaq

"T-Finans LLD"çilər Heydər Əliyevin xatirəsini yad etdilər (FOTO/VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin