İqtisadiyyat
29.12.2024 / 11:10
“Baku Steel Company”nin ixrac gəlirləri 4 milyon dollara yaxın azalıb
62382
“Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyəti bu ilin yanvar-noyabr aylarında 56 milyon 800 min ABŞ dolları dəyərində ixrac əməliyyatı həyata keçirib.
Valyuta.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nın dekabr buraxılışına istinadən xəbər verir.
Məlumata görə, cari ilin ilk 11 ayında ixrac əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 600 min ABŞ dolları və ya 6% azdır. 2023-cü ilin yanvar-noyabr aylarında “Baku Steel Company” QSC-nin ixrac gəlirlərinin həcmi 60 milyon 400 min ABŞ dolları olub.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay