Xəbər
29.12.2024 / 10:22
Qoruğun abadlaşdırılması 1 milyon manata başa gələcək
62376
Dövlət Turizm Agentliyi Lahıc qəsəbəsində yerləşən “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılması ilə bağlı müqavilə bağlayıb.
Valyuta.az xəbər verir ki, “RİCON" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən həyata keçiriləcək abadlaşdırma işinə 1 milyon 336 min 378 manat vəsait sərf olunacaq.
Qeyd edək ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu 1980-ci ildə yaradılıb. Qoruq Lahıc qəsəbəsinin və Ərəgit kəndinin 80 ha ərazisində dövlət qeydiyyatına alınmış 103 tarix-mədəniyyət abidəsinin mühafizəsini həyata keçirir.
Maya Hüseynova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay