BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7694
  • RUB
    1.6958
  • TRY
    0.0482
  • GBP
    2.1288
62332

Azərbaycan kiçik ada dövlətlərinə 31 min ABŞ dollarlıq könüllü maliyyə töhfəsi ayrılıb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.

Qeyd olunub ki, bu il Azərbaycanın humanitar diplomatiya sahəsində həyata keçirdiyi tədbirlər çərçivəsində 2-3 oktyabr tarixlərində müvafiq beynəlxalq təşkilat və ölkələrin iştirakı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfrans baş tutub, Ağdam rayonunun Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlıqlar və Şuşa həbsxanasına səfər təşkil olunub.

Konfransın yekununda iştirakçılar adından qəbul edilmiş bəyanatda itkin düşmüş şəxslər problemi üzrə illik Bakı dialoqunun keçirilməsi və silahlı münaqişələr zamanı itkin düşmə ilə məşğul olacaq mexanizmin yaradılmasına dair çağırışlar öz əksini tapıb. Azərbaycan tərəfindən BMT Baş Assambleyasına təqdim edilən “İtkin düşmüş şəxslər” adlı qətnamə 14 noyabr tarixində növbəti dəfə konsensusla qəbul olunub. Qətnamənin mətninə itkin düşmüş şəxslərin axtarışına minaların yaratdığı maneələr və insan qalıqlarının təhlükəsiz şəkildə axtarışı üçün dövlətlərin əməkdaşlığına dair bənd daxil edilib.

Minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün aparılan genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə beynəlxalq səviyyədə məlumatlandırma işini və humanitar minatəmizləmə əməliyyatlarına beynəlxalq yardımın cəlb edilməsi istiqamətində səylərini davam etdirib. Azərbaycan bu məqsədlə, ikitərəfli və çoxtərəfli formatlarda diplomatik fəallıq göstərib, BMT, UNESCO, Avropa İttifaqı, NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə ölkəmizdəki mina probleminin aradan qaldırılması üzrə əməkdaşlıq yolları barədə dialoqu davam etdirib.

Artıq ənənə halını almış, humanitar minatəmizləmə mövzusunda Bakıda illik əsasda keçirilən beynəlxalq konfrans bu sahədə mühüm dialoq formatına çevrilib. 30-31 may tarixlərində Azərbaycan və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi” mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.

4-8 noyabr tarixlərində Ümumdünya Şəhərsalma Forumunun Qahirədə keçirilmiş 12-ci iclasında ölkəmiz fəal iştirak edib, işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, bərpa və yenidənqurma fəaliyyətlərinə dair ətraflı məlumat verilib.

18 sentyabr tarixində BMT İnsan Hüquqları Şurasının (İHŞ) 57-ci sessiyası çərçivəsində gündəliyin “Bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların, o cümlədən inkişaf hüququnun təşviqi və qorunması” adlı 3-cü bəndi altında Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “Minaların və digər partlamamış sursatların insan hüquqlarına təsirləri” adlı bəyanata 66 ölkə həmmüəllif qismində qoşulub.

Həm milli, həm də qlobal səviyyədə insan hüquqlarının təmin və təşviq edilməsi çərçivəsində Azərbaycan Respublikası tərəfindən 2024-cü ildə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və Ən az inkişaf etmiş dövlətlərin (LDC) İnsan Hüquqları Şurasında iştirakı və ətraf mühit və insan hüquqları proqramları istiqamətlərinə yönləndirilməsi üçün 31 min ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayrılıb.

2-3 may tarixlərində Azərbaycanda “Bakı Prosesi” çərçivəsində Mədəniyyətlərarası Dialoq üzrə VI Ümumdünya Forumu keçirilib. Həmçinin, 25-27 noyabr tarixlərində Portuqaliyada baş tutmuş BMT-nin Sivilizasiyalar Alyansının forumunun yekun sənədinin əlavəsinə sözügedən Forumun dünyada mədəniyyətlər-arası dialoqun təşviqi üçün əsas platforma olması, eləcə də Azərbaycanın mədəniyyətlər-arası dialoq, mədəni və dini irsin qorunması, sülh və mədəni müxtəlifliyin təşviqinə yönəlmiş “Mədəniyyət üçün sülh” təşəbbüsünə dair bənd daxil edilib.

Bununla yanaşı, Ermənistandan qovulmuş 300 minə yaxın azərbaycanlının hüquqları məsələsi diqqət mərkəzində saxlanılıb. Qərbi Azərbaycan İcmasının müvafiq müraciətlərinin BMT və digər beynəlxalq platformalarda rəsmi sənədlər kimi yayılması təmin olunub.

Nazir Ceyhun Bayramov BMT Baş Assambleyasında çıxışı zamanı, İcmanın hüquqlarının pozulduğunu, dialoqa başlamaq və onların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışlarını təmin etmək üçün dəfələrlə çağırışlarına baxmayaraq, mühüm beynəlxalq aktlarda təsbit olunmuş qayıdış hüquqlarının Ermənistan tərəfindən rədd edildiyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ANAMA-nın 1 milyonluq tenderi ləğv edildi - Maliyyə vəsaiti yoxdur

Məşhur kriptovalyuta şirkətinin qurucusu ABŞ-a ekstradisiya ediləcək

"Medservis" 8 000 manat cərimələnə bilər

"DİBA" şirkəti inzibati məsuliyyətə cəlb edildi

Ukraynanın dövlət borcu rekord həddə çatıb

"BYD" fabrikində insan alveri qalmaqalı

Dövlət agentliyi məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəmə kompleksinin inşası neçəyə başa gələcək?

Milli Kitabxanadan yarım milyon manatlıq satınalma

"Xəzər Elektron"a niyə protokol tərtib olunub?

"OpenAI" daha çox kapital cəlb etmək üçün yeni struktur planlarını açıqladı

Məşhur serialın yeni mövsümü Koreya şirkətlərinin səhmlərini aşağı salıb

"Konfirom" MMC-yə xəta protokolu

Məşhur şirkətin Azərbaycan nümayəndəliyinə protokol tərtib olunub

Paytaxtın 6 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

Dövlət Neft Fondunun 2025-ci il büdcəsi təsdiqlənib

AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyada cinayət işi açılıb

“Aqrar Sığorta”nın biznes itkiləri 2,3 mln. manatı ötüb

Vardanyanın cinayət işi məhkəməyə göndərilib

Dövlət başçısı: AZAL-ın təyyarəsi Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalıb

Vətəndaşları işə bərpa etmək, təqaüd, sosial yardım düzəltmək vədi ilə aldadan şəxs saxlanılıb

Prezident: Təyyarə qəzasının araşdırılması üçün beynəlxalq ekspertlərdən heyət fəaliyyətə başlayıb

Azərbaycan bu il ikitərəfli və çoxtərəfli əsasda 40 ölkə ilə 204 sənəd imzalayıb

203 milyard sərmayə, 1,6 milyon iş yeri... - Cənubi Koreya TSMC-yə rəqib yaradır

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Putin Azərbaycan Prezidentinə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Sərhədin 13 km-nin delimitasiyası aparılıb -RƏSMİ

Bu il 45 namizəd XİN sistemində diplomatik vəzifələrə təyin edilib

Azərbaycan XİN: Türkiyədə 3461 nəfərə ümumvətəndaş pasportu təqdim edilib

İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ixracatçılara müraciət edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin