2024-cü ilin ən çox satılan məhsulu
2024-cü ildə internetdə ən çox satılan məhsul bəlli olub.
Valyuta.az xəbər verir ki, bu barədə marketinq üzrə mütəxəssis Fərid Məhərrəmli öz sosuial şəbəkə hesabından məlumat verib.
O, sözügedən məhsulun 8 milyon ədəddən bir qədər çox satıldığını qeyd edib:
“Söhbət üzükdən gedir. Satılması ilə də öz sahiblərinə 38 milyon dolları kimi gəlir qazandırıb. İndi sual yaranır ki, bu üzüyün nə özəlliyi var? Təəssüf ki, heç bir özəlliyi yoxdur. “Nibastar” adlı bu üzük sadə materialdan və adi kristal daşlardan ibarətdir”.
F.Məhərrəmli məhsulun satılma səbəblərindən də söz açıb:
“Şəxsi araşdırma qənaətimə görə, məhsulun belə trend olaraq satılma səbəbi məhsulun vizual çəkici görünüş ilə “5$” kimi cəlbedici qiymətinin olmasıdır. Bu da e-ticarətin bu il üçün olan şokudur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay