Ölkədə ilk dəfə səhmdarların elektron səsvermə sistemi yaradılıb
Milli Depozit Mərkəzi (MDM) ölkədə ilk dəfə olaraq səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sistemi (E-vote) istifadəyə verib.
Valyuta.az xəbər verir ki, bunu MDM-nin "E-vote" sistemi ilə bağlı keçirilən brifinqində Mərkəzin İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev deyib.
O, qeyd edib ki, bu, qabaqcıl ölkələrdə geniş yayılmış səhmdarların ümumi yığıncaqlarının məsafədən keçirilməsi və elektron səsvermə sisteminin tətbiqidir: "Bu innovativ həll səhmdarların hüquqlarının daha effektiv qorunmasına xidmət etməklə şəffaflığın artırılmasında mühüm rol kəsb edir".
"Bununla bağlı olaraq səhmdarların ümumi yığıncaqlarının təşkili çərçivəsində yığıncağın keçirilmə günü, yeri və gündəlikdəki materiallarla tanışlıq qaydası barədə bildiriş və məlumatlar MDM tərəfindən yaradılan İnvestor Portalı vasitəsilə elektron formada yerləşdirilib. Səhmdarların şəxsi kabinetlərinə daxil olaraq ümumi yığıncağın gündəliyi və gündəlikdəki məsələlərlə tanış olub elektron səsvermə imkanından istifadə etmələrinə şərait yaradılıb" - deyə Mərkəzin İdarə Heyətinin sədri əlavə edib.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay