BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
62271

Azərbaycan Hava Yollarına aid təyyarənin Qazaxıstanda qəzaya düşməsindən sonra bu il dünya üzrə yaşanan sərnişin təyyarəsi qəzaları gündəmə gəlib. Bu il ən çox itkinin yaşandığı sərnişin təyyarəsi qəzası Braziliyada baş verib.

Valyuta.az xəbər verir ki, 2024-cü Braziliyanın Kaskavel şəhərindən Guarolhusa gedən “Voepass Hava Yolları”na aid “ATR-72” tipli sərnişin təyyarəsi 9 avqustda São Paulo əyalətinin şimalında yerləşən Vinhedo şəhərində bir yaşayış yerinə düşüb.

Qəzada 58 sərnişin və 4-ü ekipaj olmaqla 62 nəfər həyatını itirib. Təyyarə yerə düşdükdən sonra alovlandığı üçün şəxsiyyət müəyyənləşdirmə prosesi çətinləşib.

Braziliya Hava Nəqliyyat Qəzaları Araşdırma və Qarşısının Alınması Mərkəzinin (CENIPA) apardığı istintaq nəticəsində pilotların buzlanma ilə mübarizədə çətinliklərlə üzləşdiyi təsdiqlənib. 

Təyyaraya çatmayan 10 sərnişin isə şanslı olaraq qəzadan sağ çıxıblar.

Yaponiya

Yaponiyada 2 yanvar tarixində paytaxt Tokio şəhərindəki “Haneda Hava Limanı”nda sərnişin təyyarəsi ilə sahil mühafizə təyyarəsi toqquşub, sonra təyyarələr zolaqda alovlanıb. Yolçu təyyarəsindəki 379 sərnişin və ekipaj təhlükəsiz şəkildə təxliyə edilib, lakin sahil mühafizə təyyarəsindəki 6 nəfərdən 5-i həyatını itirib, pilot isə yaralı halda xilas olub.

Yerli mətbuata, Yaponiyanın Nəqliyyat Nazirliyi mənbələrinə əsaslanan xəbərdə, “Haneda Hava Limanı” qülləsinin qəza edən yolçu təyyarəsinin enişinə icazə verdiyi və sahil mühafizə təyyarəsinə bir müddət zolaqdan uzaq durmağı tapşırdığı iddia edilib. Qəzanın sağ qalan sahil mühafizə təyyarəsi pilotu isə istintaq çərçivəsində verdiyi ifadəsində qüllədən eniş icazəsi aldığını qeyd edib.

ABŞ

ABŞ-da “Alaska Hava Yolları”na aid "Boeing 737 MAX 9" tipli sərnişin təyyarəsi, 5 yanvar axşamı gövdəsindən bir hissə qopduğu üçün təcili eniş edib.
Oreqondan Kaliforniyaya gedən təyyarə, qalxdıqdan təxminən 35 dəqiqə sonra təcili eniş etmək məcburiyyətində qalıb. Qopmuş gövdə hissəsində sərnişin olmadığı bildirilir.

“Alaska Hava Yolları” təyyarənin 171 sərnişin və 6 kabin işçisi ilə təhlükəsiz şəkildə endiyini bildirib.

"737 MAX 9" tipli 65 təyyarənin incələnməsi üçün müvəqqəti olaraq uçuşdan kənarlaşdırılacağı bildirilib, ABŞ “Federal Aviasiya Administrasiyası” (FAA) "Boeing 737 MAX 9" təyyarələrinin, operatorlar lazımi yoxlamaları tamamlayana qədər uçurulmayacağını açıqlayıb.

Nepal

Nepalda 24 iyul tarixində təyyarənin qalxışında pista qəzaya uğraması nəticəsində 18 nəfər həyatını itirib.

Katmandu şəhərindəki “Tribhuvan Beynəlxalq Hava Limanı”nda 19 sərnişin daşıyan təyyarə qalxışında sürüşərək qəza edib.

“Saurya Hava Yolları”na aid təyyarədəki 18 nəfərin cansız bədəni tapılıb, pilot isə yaralı halda xilas olub.

Rusiya: Təyyarənin vurulması

Rusiya Müdafiə Nazirliyi 24 yanvarda Ukraynalı əsirlərin də olduğu bir Rusiya təyyarəsinin Ukrayna tərəfindən atılan raketlə Belgorod bölgəsində vurulduğunu açıqlayıb.

Altı nəfərlik ekipaj, döyüşlərdə əsir düşən 65 Ukrayna əsgəri və onlara müşayət edən 3 Rusiya hərbi əməkdaşı ilə birlikdə olan 74 nəfərdən heç kim sağ qalmayıb.

Rusiya Prezidenti Vladimir Putin də Ukraynanın təyyarəni ABŞ-a aid "Patriot" hava müdafiə sistemi ilə vurduğunu və "cinayət" törətdiyini bildirib.

Rusiyada hərbi nəqliyyat təyyarəsinin düşməsi nəticəsində 15 nəfər ölüb

Rusiyanın İvanovo bölgəsində 15 nəfəri daşıyan “IL-76” tipli hərbi yük təyyarəsi 12 martda düşüb.

Rusiya Müdafiə Nazirliyi “IL-76” tipli təyyarənin mühərrikin alovlanması səbəbindən yerə düşdüyünü bildirib. Təyyarədəki 8 nəfərlik ekipaj və 7 sərnişin qəza nəticəsində həyatını itirib.

Rusiyada 12 iyulda "Sukhoi Superjet 100" tipli sərnişin təyyarəsi “Tretyakovo Hava Limanı”ndan “Vnukovo Hava Limanı”na uçarkən düşüb, təyyarədəki 3 nəfərlik ekipaj həyatını itirib.

Qəzanın mümkün səbəbi olaraq, təmir zamanı quraşdırılan bəzi sensorların nasazlığı qiymətləndirilib.

Qazaxıstan

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi 25 dekabrda Aktauda qəzaya uğrayıb. Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qroznıya enə bilmədiyindən Aktau istiqamətinə yönəlib. Aktauya qəza enişi edən təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev deyib ki, qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda ümumi daxili məhsul istehsalı 10 ildə 63 milyard manat artıb - 10 ilin göstəriciləri

Azərbaycanda ümumi daxili məhsul istehsalı 10 ildə 63 milyard manat artıb - 10 ilin göstəriciləri

Noyabrda aylıq müavinət və təqaüd alanların sayı 854 686 nəfər olub

55 min müəllimin maaşı artırılıb

“Ask plaza” bağlanır

Dünyanın yeni dəbi orqanik qida sektoru - Necə uğur qazanmaq olar?

Neftimizin qiyməti 76 dolları ötüb

Noyabr ayında ərzaq məhsulları üzrə illik 4,4%-lik inflyasiya qeydə alınıb - AMB

“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb

İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək nəqliyyat vasitələri ilə tanış olub

Bu il zərgərlik bazarındakı dəyişikliklər, bayram ərəfəsi qiymətlər və 2025-ci il üçün proqnozlar

Əmtəə bazarlarında qızıl daha da ucuzlaşıb

Azərbaycan bankları 11 ayda "Bloomberg"də 94 mlrd. manatlıq əqd bağlayıb

Avro və türk lirəsi bahalaşdı - Məzənnə

Mərkəzi Bank 2025-ci il üçün pul siyasətinin məqsəd və çərçivəsini açıqlayıb

AzTU 400 minlik mühafizə xidməti alır

3 365 əqdə 94.4 milyard manat - Azərbaycan banklarından yeni göstərici

“Daxili səsiniz rəsm çəkə bilməyəcəyinizi söyləyirsə, mümkün qədər çox çəkin” - SƏHƏR OXUSU

Gömrük qaydalarını pozan şirkət cərimələndi

Pul bazarlarına yeni vəsait axını: İki həftənin ən böyük artımı - "Reuters"

Pul bazarlarına yeni vəsait axını: İki həftənin ən böyük artımı - "Reuters"

2024-cü ildə yüksəlişləri ilə diqqət çəkən 10 kriptovalyuta

Şuşa Şəhər Peşə Təhsil Mərkəzində 6,4 milyonluq təmir

Çin sənayesində ciddi mənfəət azalması

Futbolçu satışından ən çox pul qazanan klublar açıqlandı

Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin