Xəbər
26.12.2024 / 13:08
Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər təyyarə qəzasının səbəblərini şərh etməyəcək
62147
İstintaq yekunlaşmadan Aktau yaxınlığında təyyarə qəzasının səbəbləri ilə bağlı hər hansı fərziyyə irəli sürmək düzgün olmazdı.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Azərbaycan Hava yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı danışarkən deyib.
Peskov qeyd edib ki, Kreml ekspertizanın nəticəsi elan olunmayana qədər Aktaudakı təyyarə qəzasının səbəblərini şərh etməyəcək.
©Apa
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay